Saleh Məmmədov vəzifədən azad edilib - Yeni təyinat - Sərəncam
Bakıda liseydə şagird müəllimi güllələyib - (Yenilənib-4)
Prezident komitə sədrini icra başçısı təyin edib - Sərəncam
Bermud üçbucağının sirri açılır
Azərbaycan Rusiyaya nota verib
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə Şah Abbas məscidini ziyarət ediblər - Fotolar
Naxçıvan şəhərinin icra başçısı vəzifədən azad edilib
İki həkim həbs edilib - Məhkəmə zalında
Vensin Bakı səfəri: separatçıların gözləntisi nədir?
"Starlink" interneti tam nəzarətə götürmək istəyir
Vensin Bakı və İrəvana səfər tarixləri açıqlanıb
İcra başçısı Naxçıvana baş nazir təyin edilib
Tarix: 20-01-2026 09:54 | Bölmə: Slayd

ABŞ artıq ən böyük kreditorları ilə ciddi ticarət qarşıdurması yaşayır. Bu gərginlik fonunda Avropa İttifaqı (Aİ) ABŞ-Aİ sazişinin ratifikasiyasını dayandırıb.
Reyting.az xəbər verir ki, bu barədə nüfuzlu “Thomson Reuters” informasiya və texnologiya xidmətləri şirkətinin hesabatında qeyd olunur.
Gərginliyin getdikcə artması ABŞ-Böyük Britaniya ticarət razılaşmasının da taleyini sual altına salıb.
Xatırladaq ki, ABŞ lideri Donald Tramp Avropa ölkələrini ona məxsus olmayan ərazilərin satışı ilə bağlı təzyiq altına almaqla yanaşı, əlavə tariflərlə də hədələyir. Bununla belə, bu tariflərin qanuniliyi şübhə doğurur. Ekspertlərin fikrincə, belə mübahisəli məsələlərdə yalnız son instansiya kimi ABŞ Ali Məhkəməsinin yekun qərarı həlledici ola bilər. Mütəxəssislər hesab edirlər ki, bu cür yanaşma ticarət razılaşmalarını çətinləşdirir və NATO daxilində parçalanma riskini artırır.

Bununla belə, bazarların reaksiyası nisbətən məhdud olub. “S&P” fyuçersləri təxminən 1 faiz, Aİ səhmləri isə 1,1 faiz ucuzlaşıb. Qızıl və gümüşün qiyməti rekord səviyyələrə yüksəlib, ABŞ dolları isə İsveçrə frankı və Çin yuanı qarşısında sürətlə zəifləyib ki, bu da bazarlarda gözlənilməz şok yaradıb.
Qeyd olunur ki, avropalı investorların ABŞ aktivlərində təxminən 8 trilyon dollar həcmində payı mövcuddur.
Bu gərginliyin Davosda keçiriləcək Dünya İqtisadi Forumunda daha da kəskinləşəcəyi, tərəflər arasında ciddi fikir ayrılıqları yaradacağı gözlənilir.
“Thomson Reuters”in məlumatına görə, ABŞ ilə Avropa İttifaqı arasında yaranan gərginlikdən Çin müəyyən dərəcədə faydalanır. Bununla belə, Çin Kanada ilə ticarət sazişi çərçivəsində ixracını artırsa da, daxili tələbin zəifliyi hələ də qalmaqdadır. Bunun əsas səbəblərindən biri Çin əhalisinin 2025-ci ilin sonunadək 3,4 milyon nəfər azalacağı ilə bağlı proqnozlardır.
Yaponiyanın baş naziri Sanae Takaiçinin bu iqtisadi gərginlik fonunda erkən seçkilərlə bağlı açıqlama verəcəyi ehtimal olunur. Qeyd edilir ki, vergi endirimləri müzakirə olunsa da, ölkədə güclü nominal ÜDM-in (ümumi daxili məhsul) mövcudluğu büdcənin ümumi vəziyyətinin tədricən yaxşılaşdığını göstərir.
Mütəxəssislər bildirirlər ki, hazırda əsas diqqət Avropa məkanında və Kanadada dekabr ayı üzrə inflyasiya göstəricilərinə, eləcə də Avropa Mərkəzi Bankının İdarə Heyətinin üzvü Piero Çipollonenin Aİ iclasında iştirakı ilə bağlı gözləntilərə yönəlib.
Oqtay QORÇU
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək