Şəhidlər xiyabanına ziyarətlər davam edir - Fotolar
Tarix: 20-01-2026 11:12 | Bölmə: Gündəm

Şəhidlər xiyabanına ziyarətlər davam edir

20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanına ziyarətlər davam edir. Sadə vətəndaşlarla yanaşı, Azərbaycanın dövlət və hökumət nümayəndələri də qəhrəman övladların əziz xatirəsinə ehtiramlarını bildirirlər.

Reyting.az xəbər verir ki, Azərbaycanın Baş naziri Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev və digər rəsmi şəxslər Şəhidlər xiyabanını ziyarət edənlər arasındadır. Onlar Azərbaycanın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının məzarları üzərinə tər güllər düzərək, xatirələrini dərin ehtiramla anıblar.





Bölməyə aid digər xəbərlər