Poroşenko baş nazir ola bilər
Tarix: 21-05-2019 14:05 | Bölmə: Dünya
Poroşenko baş nazir ola bilər

Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko baş nazir postuna gətirilə bilər.

Reyting.az Ukrayna mətbuatına istinadla bildirir ki, “Pyotr Poroşenkonun Bloku” partiyası Vıadimir Qroysmanın istefasından sonra keçmiş prezidentin baş nazir postuna namizədliyinin irəli sürülməsinin mümkünlüyünü müzakirə etməyə başlayıb.

Partiyada belə düşünürlər ki, öz namizədlərini parlament seçkilərinə qədər elan etmək doğru və sərfəli olacaq.

Poroşenko özü hökumətə rəhbərliklə bağlı öz planlarından hələ ki danışmayıb. Ancaq mayın 20-də, Vladimir Zelenskinin inauqurasiyası zamanı o, ABŞ-dan olan nümayəndələrlə - rerspublikaçı-senator Ronald Conson və ABŞ-ın Avropa İttifaqındakı səfiri Qordon Sondlandla görüşəndə, onun Qroysmanın yerini tutması ilə bağlı fikir ortaya atılıb.

Ancaq keçmiş prezidentin siyasi planlarına cinayət təqibi mane ola bilər Kiyev məhkəməsində Poroşenkonun və onun komanda üzvlərinin araşdırma müddətində ölkəni tərk etməsinə qadağa məsələsi müzakirə olunur.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}