16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Polşanın yəhudi əsilli birinci ledisi - Fotolar
Tarix: 31-05-2019 13:36 | Bölmə: Slayd
Prezident: “Mən xoşbəxtəm. Mənim gözəl və ağıllı arvadım var”

Polşanın yəhudi əsilli birinci ledisi

Andjey Dudanın Polşada 2015-ci ildə keçirilən prezident seçkilərinin ikinci turunda qalib gəlməsindən sonra onun həyat yoldaşı Aqata Kornhauzer-Duda ərinin lehinə səs verənlərə təşəkkür edərək deyib: “Mən yaxşı birinci ledi olmağa çalışacağam”.

Reyting.az xəbər verir ki, polşalılar Aqata Dudanı ərinin prezident seçkiləri kampaniyasında, reklam çarxlarında çıxış edəndə və prezident vəzifəsinə seçilməmişdən əvvəl Dudanın üzvü olduğu “Haqq və ədalət” partiyasının qurultayında ilk dəfə görüblər.

Aqata Dudanın 17 il alman dili müəllimi işlədiyi Krakov liseyinin direktoru Marek Stempski qeyd edir ki, Andjey Dudanın seçkiqabağı kampaniyası zamanı onun həyat yoldaşı cəmi bir gün işləyib.

Polşanın yəhudi əsilli birinci ledisi

“Kimsə buna inanmır, lakin mənim sübutum var. Aqata Duda - özünə qarşı çox tələbkar, məsuliyyətli, ədalətli adamdır. O, şagirdlərə və həmkarlarına qarşı belədir. Eyni zamanda, o, şəndir, yumor hissi var. Onu gənclər və müəllimlər çox sevirlər”, - məktəbin direktoru qeyd edib.

Qeyd etmək lazımdır ki, Andjey Duda da bir zaman bu liseyi qurtarıb.

50 yaşlı Aqata Kornhauzer-Duda kimi əri də Krakovda anadan olub. Onun atası yulian Kornhauzer krakovlu yəhudi Yakub Kornhauzerin oğludur – şair, nasir, ədəbiyyat tənqidçisi, tərcüməçi, Yaqellon universitetinin professoru idi, birinci Polşa xalq respublikası zamanı müxalifətdə olub.

Aqata Duda Krakovdakı Yaqellon universitetinin alman filologiyasını bitirib, diplom işi alman yazıçı və rejissor Horst Benekanın yaradıcılığı üzrə olub. Birinci ledi gələcək əri Andjeylə təsadüfən məktəbin son sinfində oxuyanda - sinif yoldaşının ad günü ilə bağlı gecədə tanış olub. 1990-cı ildə onlar görüşməyə başlayıblar, 1994-cü ilin dekabr ayında evləniblər. Bir il sonra Kinqa adlı qızları doğulub –Yaqellon universitetinin hüquqşünaslıq fakültəsinin məzunudur.

Polşanın yəhudi əsilli birinci ledisi

Aqata Duda heç vaxt siyasi partiya üzvü olmayıb, eləcə də ərinin üzvü olduğu skaut hərəkatında iştirak etməyib.

Birinci ledi “Haqq və ədalət” partiyasının seçkiqabağı qurultayı zamanı ərinin arxasında Yaroslav Kaçinskinin dayanması, onun qərarlarını icra etməsi ilə bağlı suala belə cavab verib: “Andjeyin arxasında qızımla mən dayanıram. Və bu dəyişməyəcək”.

O vaxt hələ prezidentliyə namizəd olan Andjey Duda öz növbəsində öz saytında yazıb: “Mən xoşbəxtəm. Mənim gözəl və ağıllı arvadım var”.

Birinci ledi, filoloqun qaydası budur, ədəbiyyatla maraqlanır – İsabel Alende, Mario Varqas Losının kitablarını, detektiv və orijinaldan alman ədəbiyyatını oxuyur.

Polşanın yəhudi əsilli birinci ledisi

Politoloq Marek Bankoviç hələ o zaman hesab edirdi ki, Aqata Kornhauzer-Duda Polşa dövlətinin birinci ledisi roluna çox yaxşı hazırlaşıb və bu funksiyanı öz üslubunda yerinə yetirəcək.

Hər şey onu göstərir ki, Aqata Duda – bu adamın çox yüksək intellektual səviyyəsi var, çox əla tərbiyə verilib və təhsillidir, xarakterlidir. Onun deməyə sözü var. O, ərinin arxasında gizlənməyə çalışmayacaq, əksinə parlaq fiqura çevriləcək. O, yüksək səviyyəli birinci xanım olacaq”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}