Əbülfəz Elçibəyin həyat yoldaşının cənazəsi Kələkiyə gətirilib - Yenilənib
Tarix: 15-06-2019 10:51 | Bölmə: Siyasət
Əbülfəz Elçibəyin həyat yoldaşının cənazəsi Kələkiyə gətirilib

Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin Türkiyənin İstanbul şəhərində vəfat etmiş həyat yoldaşı Həlimə Əliyevanın cənazəsi Ordubad rayonuna gətirilib.

Reyting.az
xəbər ki, cənazə xüsusi təyyarə reysi ilə Naxçıvana, daha sonra avtomobillə Kələki kəndinə aparılıb.

Cənazəni mərhumun yaxınları ilə yanaşı, sabiq Baş nazir Pənah Hüseyn, Müsavat Partiyasının başqanı Arif Hacılı, KXCP sədri Mirmahmud Mirəlioğlu, mərhum Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımov və başqaları müşayiət edib.

Həlimə xanım bu gün Kələki kənd qəbiristanlığında torpağa tapşırılacaq.

***

Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva Kələkidə kənd qəbiristanlığında valideynlərinin yanında torpağa tapşırılıb.

Report xəbər verir ki, cənazə Azərbaycan bayrağına bürünüb.

Dəfn mərasimində mərhumun ailə üzvləri, sabiq deputat Arzu Səmədbəyli, MHP İğdır millət vəkili Yaşar Qaradağ, Ülkü Ocaqları rəhbərinin müavini Aybars Kösə, Türkiyə Ülkü Ocaqlarının baş katibi Ömər Çağrı Özdəmir və MHP-nin İstanbul və İğdır təşkilatlarının nümayəndə heyəti iştirak edib. Onlar mərasimdə MHP sədri Dövlət Bağçalının tapşırığı ilə iştirak ediblər.

Allah rəhmət eləsin!

Əbülfəz Elçibəyin həyat yoldaşının cənazəsi Kələkiyə gətirilib




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}