Müəllimlərin və hərbçilərin maaşı artırıldı - Sərəncam
Tarix: 18-06-2019 19:45 | Bölmə: Gündəm
Müəllimlərin və hərbçilərin maaşı artırıldı

Prezident İlham Əliyev bu gün bir neçə sərəncam imzalayıb

Reyting.az
xəbər verir ki, sərəncama əsasən, minimum aylıq əməkhaqqının məbləği 250 manat müəyyən edilib.

Sərəncam 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.

***

Prezidentdin digər sərəncamı hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında olub.

Sərəncama əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.

Bu Sərəncam 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.

***

Prezidentin digər sərəncamı isə "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında" olub.

Sərəncamla dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılıb.

Reyting.az
скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}