Dağlıq Qarabağ münaqişəsi Vaşinqtonda müzakirə olunub - Foto
Tarix: 20-06-2019 05:02 | Bölmə: Siyasət
Dağlıq Qarabağ münaqişəsi Vaşinqtonda müzakirə olunub

Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov Vaşinqtonda ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Devid Heylinlə görüşüb.

Reyting.az
xəbər verir ki, görüş zamanı E. Məmmədyarov və D. Heylin ikitərəfli əməkdaşlığı müzakirə ediblər.

Azərbaycan-ABŞ münasibətlərinin əsas cəhətləri, əməkdaşlığın inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılıb.

Bölgədəki mövcud vəziyyətdən danışan iki dövlət rəsmisi həlli uzadılmış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə aparılan danışıqlar prosesinin hazırkı vəziyyəti və prosesin irəli aparılması üçün atılmalı zəruri addımları müzakirə ediblər. Hər iki tərəf ATƏT-in Minsk qrupu çərçivəsində hal-hazırda aparılan danışıqlar prosesini dəstəkləyiblər.

Dağlıq Qarabağ münaqişəsi Vaşinqtonda müzakirə olunub

Azərbaycanın Əfqanıstandakı əməliyyatlar kontekstində göstərdiyi dəstək də müzakirə mövzusu olub. Azərbaycanın bu dəstəyi və bu xüsusda ölkəmizin strateji önəmi Dövlət katibinin müavini tərəfindən yüksək qiymətləndirilib.

Tərəflər bölgədə Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşan enerji və nəqliyyat layihələrini, eləcə də qarşılıqlı maraq doğuran digər regional məsələləri müzakirə ediblər.скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}