07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
İran XİN: “Ayətullah Xamnəiyə sanksiya tətbiqi Tehran və Vaşinqton arasında diplomatiya yolunu qapadıb”
Tarix: 25-06-2019 11:42 | Bölmə: Siyasət
İran XİN: “Ayətullah Xamnəiyə sanksiya tətbiqi Tehran və Vaşinqton arasında diplomatiya yolunu qapadıb”

"İranın Ali dini rəhbəri Ayətullah Əli Xamnəi və digər yüksək vəzifəli şəxslərə ABŞ sanksiyalarının tətbiqi Tehran və Vaşinqton arasında diplomatiya yolunu qapadıb”.

Reyting.az
“Təsnim” istinadla xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Abbas Musəvi bildirib.

ABŞ prezidenti Donald Tramp Amerika PUA-nın vurulmasından sonra yeni sanksiya fərmanları imzalayıb. Bu həftə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifə də sanksiya tətbiq edəcək.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Abbas Musəvi “Twitter”-lə bildirib ki, "Çarəsi tükənmiş Tramp administrasiyası dünyada sülhü və təhlükəsizliyi təmin etmək üçün qurulan beynəlxalq mexanizmləri məhv edir".

İranın BMT-dəki səfiri Məcid Təxt-Rəvançi də qeyd edib ki, sanksiyalar qüvvədə olduğu müddətdə rəsmi Tehran Birləşmiş Ştatlarla danışıqları qəbul etməyəcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}