İran BMT Təhlükəsizlik Şurasının iclasına buraxılmadı
Tarix: 25-06-2019 15:49 | Bölmə: Siyasət
İran BMT Təhlükəsizlik Şurasının iclasına buraxılmadı

ABŞ-ın dronunun vurulmasına görə İran BMT Təhlükəsizlik Şurasının iclasına buraxılmayıb.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, bunu Tehranın təşkilatdakı xüsusi nümayəndəsi Məcid Taxt-Rəvançı jurnalistlərə müsahibəsində bildirib.

Xüsusi nümayəndə deyib ki, hava məkanı iki dəfə ABŞ dronları tərəfindən pozulan İran Təhlükəsizlik Şurasının iclasında iştirak etmək istəyib: “Təəssüf ki, biz bu hüququmuzdan istifadə edə bilmədik”.

O əlavə edib ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan ABŞ İran nümayəndəsinin buraxılmadığı bu iclasda insidenti birtərəfli qaydada təqdim edib və rəsmi Tehranın mövqeyi nəzərə alınmayıb.

Taxt-Rəvançı Vaşinqtonu iclasda İran əleyhinə təbliğat aparmaqda günahlandırıb. Onun sözlərinə görə, ABŞ dronu iki dəfə xəbərdarlıq edildikdən sonra vurulub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}