Milyarder iş adamına qarşı cinsi təcavüz ittihamları... - Dünya şokda! - Fotolar
Tarix: 10-07-2019 15:16 | Bölmə: Cəmiyyət
Milyarder iş adamına qarşı cinsi təcavüz ittihamları... - Dünya şokda!

ABŞ prezidenti Donald Trampla da yaxın əlaqəsi olduğu bildirilən 66 yaşlı amerikalı iş adamı, milyarder Cefri Epstein, qız uşaqlarına qarşı cinsi istismar və fahişəlik şəbəkəsi yaratmaqda təqsirli bilinərək həbs olunub.

Reyting.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, Cefri Epsteinin 2002 və 2005 illər arasında Nyu-York və Floridadakı evində aralarında 14 yaşında rəşid olmayan qızların da olduğu çox sayda insana cinsi təcavüz etdiyi ortaya çıxıb.

Prokuror milyarderin istismarında olduğu rəşid olmayan qızları əməkdaşlarının, ya da qurbanlarının tapıb gətirdiyini açıqlayıb.

Milyarder iş adamına qarşı cinsi təcavüz ittihamları... - Dünya şokda!

Ötən şənbə günü həbs olunan Ceffri Epsteinin Manhettendəki evinə polis hücum edib və evdə çox sayda fotolar aşkar olunub.

Fotolardakı bəzi adamların yaşlarının olduqca kiçik olduğu məlumatı verilib.

Milyarder iş adamına qarşı cinsi təcavüz ittihamları... - Dünya şokda!

Evdə olan CD-lərin üzərində "Gənc (Ad) + (Ad)", "Çılpaq 1" və "Çılpaq qız şəkilləri" kimi yazılar olduğu müəyyən edilib.

Seks məqsədli insan alveri çərçivəsində araşdırma aparılan evdə həmçinin, üzərində qurbanların adları və məlumatlarının da yerləşdiyi səs qeydləri də ələ keçirilib.

Milyarder iş adamına qarşı cinsi təcavüz ittihamları... - Dünya şokda!

Prokurorlar Cefri Epstein üçün, "seriya seks ovçusu" ifadəsindən istifadə edib və milyarder iş adamının insan alveri üçün xüsusi tədqiqatçılar da icarəyə götürdüyünü deyib.

İttiham aktında Ceffri Epsteinin işçilərinə və qurbanlarına, gətirdikləri hər bir gənc yaşda qız üçün yüzlərlə dollar pul verdiyi təfsilatına da yer verilib.

Cefri Epsteinin rəşid olmayan qızları xüsusən istədiyi və bu qızların seks məqsədli insan alveri şəbəkəsinin parçaları halına gətirdiyi bildirilib.

Cefri Epstein qızlardan masaj etmələrini, çılpaq olmalarını və cinsi əlaqə kimi tələblərdə olduğu iddianamədə yer alıb.

Milyarder iş adamına qarşı cinsi təcavüz ittihamları... - Dünya şokda!

İlk məhkəmə iclası ötən bazar ertəsi günü keçirilib və Cefri Epstein ittihamları rədd edib.

İkinci məhkəmə prosesi iyulun 15-nə təyin olunub.

Onun günahı sübut olunarsa, 45 il azadlıqdan məhrum edilə bilər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}