Sabiq nazir Heydər Əsədov deputat olmaq iddiasından danışdı
Tarix: 19-07-2019 17:27 | Bölmə: Slayd
Sabiq nazir Heydər Əsədov deputat olmaq iddiasından danışdı

Bu gün ölkə KİV-ləri sabiq nazirlərdən bəzilərinin Milli Məclisə növbəti seçkilərdə deputatlığa namizəd olacaqları barədə məlumat yayıb. Sabiq kənd təsərrüfatı naziri Heydər Əsədovun da deputat olmaq iddiasına düşdüyü bildirilib.

Heydər Əsədov isə Reyting.az-a açıqlamasında bu barədə xəbərsiz olduğunu deyib:

"Mən, seçkilərin nə vaxt olacağını heç bilmirəm. Bu barədə ilk dəfə sizdən eşidirəm. Axı, indi parlament seçkiləri keçirilmir ki, mən də bu seçkilərdə iştirak etmək barədə düşünüm. Axı, seçki yoxdur ki, mənim də fikrim ya ola, ya olmaya...”.

H. Əsədov bu məlumatın harada və kimlər tərəfindən yayılmasından da xəbərsiz olduğunu bildirib: “Ay qardaş, mən bunu səndən eşidirəm. Şayiələrdir, belə söhbətlərə inanmayın".

Reyting.azскачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər
{sape_links}{sape_article}