12:49 / 19-04-2024
Naxçıvanda 15 yoxlama materialı Baş Prokurorluğa və DTX-yə göndərilib
12:43 / 19-04-2024
Komitə sədri: "Dövlət orqanlarında daxili nəzarət mühiti gücləndirilməlidir"
12:30 / 19-04-2024
Sabah hava necə olacaq? - Proqnoz
12:16 / 19-04-2024
Xocavənddə fermada partlayıcı qurğu və maddə aşkarlanıb
12:02 / 19-04-2024
Kəmaləddin Heydərov polkovniki yüksək vəzifəyə təyin edib
11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
11:47 / 19-04-2024
Razi Nurullayev: "Yeni agentlik və ya komitə yaradılsın"
11:41 / 19-04-2024
MN: "Rusiyanın bombardmançı təyyarəsini vurduq"
11:34 / 19-04-2024
Deputat Milli Məclisdə: "Sülhməramlıların Qarabağdan çıxarılması..."
11:19 / 19-04-2024
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlim keçirib - Video
11:16 / 19-04-2024
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
11:13 / 19-04-2024
Daha bir ölkə fransız diplomatlarını qovub
11:04 / 19-04-2024
Milli Məclisin növbəti iclası başlayıb
10:59 / 19-04-2024
Kamran Həsənli “Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var”
10:48 / 19-04-2024
S&P İsrailin kredit reytinqini aşağı salıb
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
10:17 / 19-04-2024
Kluba ayrılan pullar mənimsənilib, oyun "satış"ı iddiası var - "İrəvan"da "xal" qalmadı...
09:59 / 19-04-2024
Avstraliya vətəndaşlarını İsraildən çıxmağa çağırıb
09:47 / 19-04-2024
"Fənərbağça"nın baş məşqçisi: "Azarkeşlərimizdən utandıq"
09:37 / 19-04-2024
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
09:31 / 19-04-2024
Xankəndidə yenidən silah-sursat aşkarlanıb
09:19 / 19-04-2024
Bu gün səhərə yaxın İsrail İrana zərbələr endirib
09:00 / 19-04-2024
Sumqayıtda oğul ata və anasını öldürüb
01:02 / 19-04-2024
Konfrans liqası: "Fiorentina" 2 qolla qələbə qazanıb
00:35 / 19-04-2024
"Arsenal" türk oyunçunu "radar"a salıb
00:01 / 19-04-2024
ABŞ Fələstinin BMT-yə tam üzvlüyünə “yox” deyəcək
23:01 / 18-04-2024
Türkiyədə üç ard-arda güclü zəlzələ olub
21:24 / 18-04-2024
Bakıda litvalı dənizçi haqqında sənədli film nümayiş olunub
19:04 / 18-04-2024
Respublika Pediatriya Mərkəzi yaradılıb
18:49 / 18-04-2024
Narkokuryer Hacıqabulda 12 kq narkotiklə saxlanılıb
18:06 / 14-04-2024
İordaniya Kralı COP29-a dəvət olunub
00:02 / 15-04-2024
Ceyhun Bayramov Özbəkistana gedib - Yenilənib
20:08 / 15-04-2024
Rusiya Ukrayna ilə savaşa özgələri göndərir
23:11 / 14-04-2024
Oqtay Əsədovun həyat yoldaşı son bir ildə Moskvada 14 milyon qazanıb
14:18 / 14-04-2024
Azərbaycan və İordaniya müdafiə sahəsində əməkdaşlığa dair Saziş imzalayıb
18:51 / 15-04-2024
“Şəhid Əhməd – Oğluma məktub” filminin təqdimatı keçirilib - Fotolar
22:33 / 14-04-2024
İsrail prezidenti: "Bu, əsil müharibə elanıdır"
15:07 / 17-04-2024
Hikmət Hacıyev: “Sülhməramlıların Azərbaycandan çıxarılması barədə qərar qəbul edilib”
13:58 / 16-04-2024
Agentlik sədri vəzifədən azad edilib - Yeni təyinat
14:31 / 14-04-2024
Paris-2024: Azərbaycan millisi lisenziya qazanıb
10:57 / 18-04-2024
60 milyard dollarlıq yardımın önü açılır
13:03 / 15-04-2024
Məşhur aktyor kinodan qovulub
Səfər Mehdiyev vədinə əməl eləmir – Gömrüklə bağlı etirazlar ölkə sərhədlərini aşır - Foto
Tarix: 01-08-2019 13:56 | Bölmə: Slayd
Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin (DGK) sədri təyin olunduqdan sonra dəfələrlə mətbuata açıqlamasında korrupsiyaya qarşı mübarizə aparılacağı, gömrük prosedurlarının sadələşdiriləcəyi və şəffaflığın təmin ediləcəyi ilə bağlı vədlər verib. Hətta ötən il Gömrük Komitəsinin 100-dən çox əməkdaşının korrupsiya ilə əlaqədar işdən çıxarılmasını komitə sədri təyin olunmasından sonra neqativ hallara qarşı mübarizənin gücləndirilməsi ilə əlaqələndirib.
S. Mehdiyev DGK-yə rəhbərlik etməyə başladığı dövrdən qaçaqmalçılığa qarşı mübarizənin gücləndirilməsini, bu tədbirlər çərçivəsində 500-dən çox cinayət işinin açıldığını neqativ hallara qarşı mübarizə kimi dəyərləndirməyə çalışsa da, Gömrük Komitəsinin Qusar rayonu ərazisində yerləşən Şimal Ərazi Baş Gömrük İdarəsi, Xaçmaz Gömrük Terminalı və anbarlarının giriş və çıxış hissələrində avtomobil yolunun təmiri işlərinin “Taleh-A.T.” Müəssisəsinə həvalə etməsi ilə bağlı üzə çıxan neqativ hallara münasibət bildirməkdən yayınır. Məsələ ondan ibarətdir ki, 50 min manat büdcə vəsaitinin sərf olunması nəzərdə tutulan Xaçmaz Gömrük Terminalı və anbarlarının giriş və çıxış hissələrində avtomobil yolunun təmiri işlərinin həvalə edildiyi “Taleh-A.T.” Müəssisəsi idxal etdiyi malların real dəyərini rəsmi sənədlərdə azaldaraq 62565.12 ABŞ dollarını gömrük və vergi rüsumlarına cəlb olunmasından yayındırdığına görə araşdırmalar başladılmışdı. Bəzi KİV-lərin iddiasına görə, S. Mehdiyev həmin vəsaiti büdcəyə ödəməkdən yayındırmaq üçün maliyyə fırıldaqalarına yol vermiş şirkəti himayə edir. Amma hansısa səbəbdən S. Mehdiyev həm bu məsələyə, həm də başçılıq etdiyi DGK-nın rəhbər vəzifələrinə həmyerlilərini təyin etməsi ilə bağlı ittihamlara da münasibət bildirmək istəmir.
Komitə sədrinin DGK-də yüksək vəzifələrə həmyerlilərini təyin etməsi ilə bağlı mediada yayılan bilgilərdən əlavə Reyting.az-ın redaksiyasına digər məlumatlar da daxil olub. Onları araşdırdıqdan sonra oxuculara təqdim edəcəyik.
Türkiyəli iş adamı Ərdoğandan kömək istəyir
Azərbaycanda gömrük orqanlarının qanunsuz tələblərindən əziyyət çəkən iş adamları və biznes strukturlarının etiraz səsləri ölkəmizin sərhədlərini aşmağa başlayıb. Azərbaycan gömrükçülərinin haqsız tələbləri ilə üzləşən DÖRTEL OTOMOTİV SAN.PAZ. TİC. LTD ŞTİ firmasının sahibi, İstanbul Ticarət Odasının (İTO) Məclis üzvü Yakup Yaşa Azərbaycan gömrüyündə üzləşdikləri problemlə bağlı Türkiyə prezidenti Ərdoğandan kömək istəyib.
Türkiyəli iş adamı Ərdoğana müraciətində bildirib ki, 20 ildir "Mutlu” akkumulyatorlarının Azərbaycandakı rəsmi distributoru olan "Rovel Trading” şirkətinin Azərbaycana gətirdiyi mallar qanunsuz olaraq bu ölkənin gömrüyündə saxlanılır və onların ticarətinə ciddi məbləğdə ziyan dəyir.
Türkiyəli iş adamı məktubunda yazır ki, Azərbaycan gömrükçüləri onların mallarının qiymətini süni şəkildə artırmağa çalışırlar. Gömrük Komitəsi əməkdaşlarının bu özbaşınalığından isə iki ölkə arasındakı ticarət əlaqələrinə zərər çəkir.
Daha çox rüsum tələbi problemlər yaradır
Son illlər ölkəyə gətirilən avtomobillərin gömrük rüsumunun və aksiz vergisinin artırılması da etirazla qarşılanır. Elə bu sui-istifadə və özbaşınalığın nəticəsidir ki, ölkədə avtomobillərin qiyməti sürətlə bahalaşır. Artırılmış rüsumu ödəyə bilməyən bəzi vətəndaşlar isə ölkəyə gətirdikləri avtonəqliyyat vasitələrini gömrük rəsmiləşdirilməsi aparılmadan idarə eləmək məcburiyyətində qalırlar.
Reyting.az-ın xəbərinə görə, “Altay” Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı bizimyol.info-ya bildirib ki, astronomik rüsumlar ölkədə sosial-iqtisadi problemlər yaradır. Onun sözlərinə görə, ölkəyə gətirilən avtomobillərlə bağlı inhisarçı maraqlara uyğun məhdudiyyətlər tətbiq edilib.
E. Bayramlının sözlərinə görə, ölkədə sosial-iqtisadi vəziyyəti yüksəltmək yolunda əsas maneə gömrükdür: “Dövlət Gömrük Komitəsi ləğv edilməli, Vergilər Nazirliyinin tərkibində bir idarə kimi fəaliyyət göstərməli, gömrük rüsumları dəfələrlə endirilməli və süni maneələrə son qoyulmalıdır. Çünki sahibkarlar öz məhsullarını xaricə aparmağa çətinlik çəkirlər, ölkəyə gətirilən mallar isə astronomik gömrük rüsumları nəticəsində dəyərindən 4-5 dəfə baha satılır. Bundan başqa, bir çox malların gətirilməsinə inhisarçı maneələr törədilir, istehsal avadanlıqları gətirib ölkədə istehsal müəssisəsi açmaq istəyən sahibkarlar bu işdən vaz keçir və investisiyalarını xarici ölkələrə qoyurlar”.
Komitə məhkəmə qərarlarını icra eləmir
Gömrük Komitəsinin özbaşınalığı digər sahələrlə yanaşı ölkəyə gətirilən KİV məhsullarına da ciddi problemlər yaratmaqdadır.
“Qaya Mətbuat Yayımı” MMC-nin direktoru Xanhüseyn Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Reyting.az vasitəsi ilə müraciətində bildirir ki, hazırki Vergi Məcəlləsi 3 ildir qüvvədə olsa da, Gömrük Komitəsi idxal olunan KİV məhsullarına qeyri-qanuni olaraq əlavə dəyər vergisi (ƏDV) tələb edir. Qanunverici və icra hakimiyyətləri isə DGK-nin qeyri-qanuni tələbinə biganə yanaşırlar:
“Məhkəmə hakimiyyəti büdcə öhdəliklərini bəhanə edib saxta qərar verir. Bu isə tək sahibkarlığın yox, həm də mətbuatın probleminə çevrilib. Özbaşnalıqların səbəbkarı Dövlət Gömrük Komitəsi Baş maliyyə idarəsinin rəisi Mirqasım Vahabovdur”.
X. Əliyev Kanal 13-ə müsahibəsində isə bildirib ki, Gömrük Komitəsinin əməkdaşları ölkə qanunlarını öz istəklərinə uyğun formada şərh edirlər. Onun sözlərinə görə, KİV məhsulları ƏDV-dən azad olsa da, Gömrük Komitəsi müvafiq qərarın ləğvini əsas tutub, qanunun (Vergi Məcəlləsinin) bu tələbinə məhəl qoymur. Yəni, Azərbaycanın mərhum prezidenti Heydər Əliyev tərəfindən təsdiq edilmiş qanunun tələbləri pozulur.
Aclıq aksiyası və piket keçirəcəklər
X. Əliyev qeyd edib ki, bu məsələ ilə bağlı qanunun deyil, qərarın üstün tutulması absurddur: “Bununla bağlı üç məhkəmə instansiyasında qərar və qərardad çıxarılıb. Həmin qərar və qərardadda göstərilir ki, “Qaya Mətbuat Yayımı” MMC-nin idxal etdiyi qəzet və jurnallara görə Gömrük Komitəsinin ƏDV tələbi qadağan edilsin. Amma məhkəmənin bu qərar və qərardadlarını Gömrük Komitəsi icra eləmir”.
“Qaya”nın rəhbəri bu qanunsuzluqlara görə Gömrük Komitəsinin Baş maliyyə idarəsinin rəisi Mirqasım Vahabovu ittiham edir.
X. Əliyevin iddiasına görə, Ali Məhkəmə məmurların təzyiqi ilə sonradan absurd qərar çıxarıb: “Vergi Məcəlləsində yazılıb ki, alqı-satqı (KİV məhsulları nəzərdə tutulu-red.) vergidən azaddır. Ali Məhkəmə isə sonradan qərar çıxarıb ki, “alqı” sözü Vergi Məcəlləsinə səhvən düşüb, bu, yalnız satqıya aiddir. Qanuna “alqı” sözü necə səhv düşə bilər? Mən üç ildir onları başa sala bilmirəm”.
X. Əliyev məsələ ilə bağlı dövlətin müvafiq qurumlarına 213 məktub yazsa da, buna əhəmiyyət verilmir.
“Qaya”nın rəhbəri Gömrük Komitəsinin özbaşınalıqlarına qarşı mübarizəyə aclıq aksiyası və piket keçirməklə davam etdirəcəklərini diqqətə çatdırıb.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 09:19
Bu gün səhərə yaxın İsrail İrana zərbələr endirib
Dünən, 14:20
QHT-lər Nobel Komitəsinə məktub göndərib
Dünən, 12:24
İsrail İrana zərbəni niyə ləngidir?
Dünən, 11:51
46 mindən çox şagird buraxılış imtahanı verəcək
Dünən, 11:09
Prezident nazir müavini təyin edib - Sərəncam
Dünən, 10:57
60 milyard dollarlıq yardımın önü açılır
Dünən, 10:00
Dövlət Departamenti Rusiya sülhməramlılarının Qarabağı tərk etməsinə münasibət bildirib
Dünən, 00:40
Ermənistan qanunsuz mühacir alverinə qoşulur
17-04-2024, 19:37
Bir milyard insana və böyük iqtisadiyyata təhlükə yaranıb - Xəbərdarlıq
17-04-2024, 14:06
Rusiya sülhməramlıları Qarabağı tərk edir
17-04-2024, 12:15
İsrail-İran müharibəsi kölgədən çıxır - 2-ci raund olacaq?
17-04-2024, 10:53
Ermənistanın kvadrokopteri zərərsizləşdirilib - Fotolar
17-04-2024, 10:48
İrana yeni sanksiyalar tətbiq olunacaq
17-04-2024, 10:42
Fransa Azərbaycan-Ermənistan əlaqələrinin normallaşmasına imkan vermir
17-04-2024, 10:33
Kəşfiyyat Komitəsi Kiyevə yardımı dəstəkləməyə çağırır
17-04-2024, 09:33
Ərdoğan Putini Türkiyədə gözləyir
16-04-2024, 19:15
Siqaretin insan orqanizminə daha bir zərəri üzə çıxıb
16-04-2024, 16:27
Ukraynanın ikinci böyük şəhərini ələ keçirmək istəyirlər
16-04-2024, 13:34
Yaxın Şərq böyük müharibəyə daha yaxındır
16-04-2024, 13:25
İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub, tədbirdə çıxış edib - (Yenilənib)
16-04-2024, 11:57
Qarabağ Universiteti ilə bağlı daha bir qərar verilib
16-04-2024, 11:05
İsrail İrandan qisas almağa hazırlaşır
16-04-2024, 10:42
MAQATE İranın nüvə proqramından məlumatsızdır
15-04-2024, 20:08
Rusiya Ukrayna ilə savaşa özgələri göndərir
15-04-2024, 18:20
Ordunun illik xərci: İran 9, İsrail 24 milyard dollar ayırıb
15-04-2024, 17:41
Britaniya Rusiyanın aktivlərini müsadirə edə bilməyəcək
15-04-2024, 12:27
Tokayev və Paşinyan İrəvanda nəyi müzakirə edəcəklər?
15-04-2024, 12:07
Bayden vəziyyətə nəzarəti itirib
15-04-2024, 11:52
COP29-un keçiriləcəyi tarix bəlli olub
15-04-2024, 11:46
Yadplanetlilərin daha bir sirri açılır - Foto
15-04-2024, 11:24
Nazirlər Kabineti komitənin departamentini ləğv edib
15-04-2024, 11:08
Saxta müfəttişlər sahibkarları cərimə ilə təhdid edərək yoxlama aparıb
15-04-2024, 08:41
Yaxın Şərq dünya müharibəsi ilə üz-üzədir
14-04-2024, 00:07
İran İsrailə PUA-larla hücum edib
13-04-2024, 09:44
Tovuzun kəndi atəşə tutulub
12-04-2024, 20:16
Rusiyanın vaxtı daralır: 2025-ci ildə köhnə tanklar qalmayacaq
12-04-2024, 19:51
Ermənistan Rusiya ilə müzakirələrdən yayınır - Politoloq
12-04-2024, 19:33
İran İsrailə hücuma hazırlaşır
10-04-2024, 23:21
Paşinyan: “Qarabağ məsələsi çoxdan həll edilib”
10-04-2024, 18:06
Ermənilərdən daha bir təxribat: sərhədçimiz yaralanıb
9-04-2024, 18:36
Ermənilər növbəti təxribata əl atıb
9-04-2024, 15:38
Ərdoğan İlham Əliyevə zəng edib
9-04-2024, 13:41
İran Cənubi Qafqazda dəyişmiş geosiyasi mənzərəyə uyğunlaşır
9-04-2024, 11:56
İsrail İranın nüvə obyektlərinə zərbələr endirməyə hazırlaşır
9-04-2024, 11:39
Prezident İlham Əliyev bölgələrdə səfərdədir - (Yenilənib) - Foto