Ermənistanın sabaha planlaşdırılan təxribatı ilə bağlı bəyanat qəbul olundu: “Xankəndi bombalansın!” - Foto
Tarix: 04-08-2019 12:06 | Bölmə: Slayd
Ermənistanın sabaha planlaşdırılan təxribatı ilə bağlı bəyanat qəbul olundu: “Xankəndi bombalansın!”

Qarabağ Azadlıq Təşkilatı (QAT) sabah Xankəndi şəhərində ermənilərin növbəti “ümumerməni oyunları” adı altında tədbir keçirmək istəklərinə qarşı etiraz bəyanatı qəbul edib.

QAT-ın Reyting.az-a göndərilən bəyanatında qeyd olunur ki, işğalçı Ermənistan növbəti dəfə Azərbaycana və beynəlxalq hüquqa qarşı həyasız addımlar atır: “Avqust ayının 5-də Azərbaycanın işğal altında olan Xankəndi şəhərində “ümumerməni oyunları”nın açılışına həsr olunmuş böyük mitinqin keçirilməsi və həmin mitinqdə işğalçı Ermənistanın baş naziri Nikol Paşinyanın çıxışı gözlənilir. Ertəsi gün isə Xankəndində “ümumerməni oyunları”nın açılışı olacaqdır. Biz bu məsələ ilə bağlı dəfələrlə mövqeyimizi bildirmişik. Mövqeyimiz ondan ibarətdir ki, Azərbaycana qarşı bu təxribatlara son qoyulmalıdır. Bu, növbəti erməni həyasızlığıdır. Artıq bu həyasızlığın həddi-hüdudu yoxdur. Bunun qarşısı sərt şəkildə alınmalıdır”.

QAT bəyan edir ki, heç bir ölkə öz nümayəndələrini ora göndərməməlidir:

Ermənistanın sabaha planlaşdırılan təxribatı ilə bağlı bəyanat qəbul olundu: “Xankəndi bombalansın!”
Xankəndi şəhəri

“Beynəlxalq təşkilatlar, xüsusən də idman sahəsində olan beynəlxalq və regional qurumlar bu məsələyə öz münasibətlərini bildirməli, bunun qarşısını almalı və buna son qoymalıydılar. Təəssüf ki, heç bir nəticə yoxdur və avqustun 5-də ermənilərin bu növbəti şousu ortaya gələcəkdir. Hesab edirik ki, Azərbaycan hakimiyyəti bu məsələ ilə bağlı bu günə qədər sərt addımlar atmalı idi, buna imkan verməməliydi. Bu artıq birbaşa həmin ərazilərin erməni ərazisi olduğunu dünyaya təqdim eləmək cəhdidir. İşğalçı Ermənistan açıq şəkildə dünyaya təqdim etməyə çalışır ki, Dağlıq Qarabağ erməni ərazisidir və orada istədikləri tədbiri həyata keçirə bilərlər”.

QAT hesab edir ki, artıq buna dözmək mümkün deyil: “Biz - Qarabağ Azadlıq Təşkilatı olaraq Azərbaycan hakimiyyətindən tələb edirik ki, elə həmin gün, avqust ayının 5-də işğalçı Ermənistana qarşı hərbi əməliyyatlara başlamalıdır. Həmin gün Nikol Paşinyan Xankəndində çıxış etdiyi zaman düşmənin başına od ələnməli, raket zərbələri endirilməlidir. İşğalçının bu hərəkətlərinə son qoymaq, torpaqlarımızı işğaldan azad etmək üçün başqa yol qalmır. Azərbaycan hakimiyyəti bu addımı atmalıdır və buna gücü də var. Hesab edirik ki, Azərbaycan hakimiyyəti özündə cəsarət və qətiyyət tapıb bu qərarı verməli və rüsvayçılığa birdəfəlik son qoymalıdır”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}