Milli Məclis üzvünün Moskvada böyük biznesi var - Fotolar
Tarix: 04-08-2019 13:39 | Bölmə: Slayd
Milli Məclis üzvünün Moskvada böyük biznesi var

Bir neçə gün əvvəl Milli Məclisin deputatı Xanlar Fətiyevin Belarusda, Avropanın müxtəlif ölkələrində və digər məmləkətlərdə fəaliyyət göstərən çoxsaylı şirkətləri barədə ölkə KİV-lərində geniş məlumat yayılmışdı. Bildirilirdi ki, deputatın "Aznur” MMC-si böyük kapitala malikdir və onun bir çox ölkələrdə nümayəndəlikləri fəaliyyət göstərir.

Reyting.az
-ın məlumatına görə, jurnalist Cavanşir Həsənli Xanlar Fətiyevin biznesi ilə bağlı növbəti növbəti araşdırmasını FB səhifəsində paylaşıb.

C. Həsənli iddia edir ki, oliqarx deputatın ölkə xaricindəki biznes şəbəkəsinin bir qolu da Moskva şəhərindədir.

Rusiya paytaxtında fəaliyyət göstərən "Kompas Ticarət Evi" Məhdud Məsuliyyətli Cəmiyyəti (ОБЩЕСТВО С ОГРАНИЧЕННОЙ ОТВЕТСТВЕННОСТЬЮ "ТОРГОВЫЙ ДОМ КОМПАС") 2017-ci il iyunun 13-də 15979805 saylı lisenziya ilə qeydiyyatdan keçib. Qeydiyyat ünvanı Moskva şəhəri, Komsomolskiy prospekti, 41/57 göstərilir. Nizamnamə kapitalı 10000 rubl olan şirkətin 70 faizi Rusiya vətəndaşı Vadim Adil oğlu Qulamova, 30 faizi isə Fətiyevin Belarusda avtomobillərin icarəsi ilə məşğul olan AZNUR MMC-sinə məxsusdur.

Qeyd edilir ki, 2017-ci il maliyyə sənədlərinə görə, şirkət yarım ili 7.8 milyon rubl gəlirlə başa vurub. Şirkət ticarət, o cümlədən avtomobil hissələrinin, mebellərin, geyim, məişət avadanlıqlarının və tikinti materiallarının topdan satışı sahəsində fəaliyyət göstərir.

C. Həsənli yazır ki, Moskvada sahəsi 7208 kv metrlik "Kompas" Ticarət Evi Fətiyevin hissədarı olduğu şirkətin mülkiyyətindədir. Lakin Həsənli bunun dəqiqləşdirilməmiş məlumat ola biləcəyini də diqqətə çatdırıb. "Ticarət mərkəzi hazırda Rusiyanın iri daşınmaz əmlak şirkətləri vasitəsilə satışa çıxarılıb”.

Milli Məclis üzvünün Moskvada böyük biznesi var
Milli Məclis üzvünün Moskvada böyük biznesi var
Milli Məclis üzvünün Moskvada böyük biznesi var




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}