Doktoranturalar yaradılan ali məktəblərin siyahısında dəyişiklik edilib
Tarix: 16-08-2019 02:07 | Bölmə: Gündəm
Doktoranturalar yaradılan ali məktəblərin siyahısında dəyişiklik edilib

Nazirlər Kabineti 2010-cu il 14 dekabr tarixli qərarla təsdiq edilmiş “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişiklik edib.

Baş Nazir Novruz Məmmədovun imzaladığı qərara əsasən Naxçıvan Müəllimlər İnstitutu (fəlsəfə doktoru üzrə) “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nın “Azərbaycan Respublikasının Təhsil Nazirliyi üzrə” bölməsinə daxil edilib. Qərarla həmçinin Elm və Təhsil Mərkəzi “Təfəkkür “ Universitetinin adı (fəlsəfə doktoru üzrə) "Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nın “Azərbaycan Respublikasının Təhsil Nazirliyi üzrə” bölməsindən çıxarılıb.

Reyting.azскачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}