Müəyyən şəxslər təqaüd yaşına çatmadan pensiya alacaq - Nazir müavini
Tarix: 11-10-2019 16:33 | Bölmə: İqtisadiyyat
Müəyyən şəxslər təqaüd yaşına çatmadan pensiya alacaq

"İslahatlar çərçivəsində müəyyən şəxslər təqaüd yaşı tamam olmadan pensiya ala bilərlər".

Reyting.az
-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov DOST Agentliyində keçirilən mətbuat konfransında bildirib. A. Kərimov deyib ki, əmək pensiyası ilə təmin olunan 1 milyon 350 min nəfərdən 40 faizi əlilliyə və ailə başçısını itirdiyinə görə pensiya alır:

Müəyyən şəxslər təqaüd yaşına çatmadan pensiya alacaq
A. Kərimov

"Pensiya islahatları çərçivəsində müəyyən şəxslər vaxtından əvvəl pensiya ala bilərlər. Düşünürük ki, pensiya sahəsində bir neçə müstəvidə islahatlar aparıla bilər. Bəzi peşə sahələrində çalışan əhali təbəqəsinin fərqli şəkildə erkən yaşda pensiyaya çıxması üçün müəyyən təhlillər aparılmalıdır".

Nazir müavini qeyd edib ki, bu məsələ barədə xarici ekspertlərlə ortaq məxrəcə gəldikdən sonra məlumat veriləcək.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}