16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Prezident və Birinci vitse-prezident şahmatçımızı təbrik ediblər
Tarix: 13-10-2019 13:19 | Bölmə: Gündəm
Prezident və Birinci vitse-prezident şahmatçımızı təbrik ediblər

Prezident İlham Əliyev şahmatçı Aydın Süleymanlını təbrik edib.

Reyting.az
-ın məlumatına görə, dövlət başçısı A. Süleymanlını Hindistanda oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə dünya çempionatında 14 yaşlılar arasında qələbə qazanmağı münasibətilə təbrik edib.

Təbrikdə qeyd edilib ki, A. Süleymanlı ilk turlardan yarışa liderlik edərək turniri qələbə ilə başa çatdırıb: “Sən həmyaşıdların arasında şahmat üzrə dünya çempionu adını qazanaraq şahmat tariximizdə daha bir parlaq səhifə açdın. Sənə ən xoş arzularımı yetirir, yeni-yeni qələbələr diləyirəm”.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva da Aydın Süleymanlını təbrik edib.

Təbrik Mehriban Əliyevanın rəsmi “Instagram” səhifəsində yerləşdirilib.

Təbrikdə qeyd edilib ki, yeniyetmə şahmatçımız Aydın Süleymanlının Hindistanda 14, 16 və 18 yaşlı oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə dünya çempionatının qalibi olması xəbəri hər birimizə ancaq qürur və sevinc hissi yaşada bilər: “Dünya çempionu titulu uğrunda yarışlarda qələbə qazanmağı münasibətilə Aydını ürəkdən təbrik edir, ona yeni-yeni nailiyyət və qələbələr arzulayıram!”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}