16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Putin Əliyevaya “Dostluq” ordeni təqdim edib - Foto
Tarix: 22-11-2019 21:39 | Bölmə: Gündəm
Putin Əliyevaya “Dostluq” ordeni təqdim edib

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Rusiya-Azərbaycan münasibətlərinin inkişafı və möhkəmləndirilməsində göstərdiyi xidmətlərə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya “Dostluq” ordenini təqdim edib.

Reyting.az
xəbər verir ki, Putin Əliyevaya dövlət mükafatını Novo-Oqaryovadakı iqamətgahında təqdim edib.

Putin bu mükafatın təqdim olunmasını məntiqli qərar adlandırıb:

“Bu mükafat təkcə bura gəldiyinizə və Azərbaycanın ən yüksək vəzifəli şəxslərindən biri olduğunuza görə deyil. Bu, işinizlə, fəaliyyətinizlə, dövlətlərarası münasibətləri bugünkü yüksək səviyyədə saxlamağınızla əlaqəlidir və biz bunu çox yüksək qiymətləndiririk”.

Putin qeyd edib ki, ordenin adı Mehriban Əliyevanın Rusiya-Azərbaycan münasibətlərindəki rolunu göstərir.

Mehriban Əliyeva Putinin onu Rusiyanın əsl dostu adlandırmasını böyük şərəf kimi qiymətləndirib.

Putin Əliyevaya “Dostluq” ordeni təqdim edib




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}