Prezident vitse-spikeri yeni vəzifəyə təyin etdi
Tarix: 25-11-2019 16:27 | Bölmə: Slayd
Prezident vitse-spikeri yeni vəzifəyə təyin etdi

Prezident İlham Əliyev bu gün daha bir sərəncam imzalayıb.

Reyting.az
xəbər verir ki, sərəncama əsasən, Valeh Feyruz oğlu Ələsgərov Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumu və onun İdarə Heyəti formalaşana qədər Ələt azad iqtisadi zonasının müvəqqəti idarəetmə qurumunun sədri təyin edilib.

Qeyd edək ki, Prezidentin imzaladığı digər sənədlə "Ələt azad iqtisadi zonası haqqında” qanuna dəyişiklik edilib. Dəyişikliyə əsasən, həmin qanunda nəzərdə tutulmuş Azad Zona səlahiyyətli qurumu və onun İdarə Heyəti formalaşana qədər Azad Zona səlahiyyətli qurumunun və İdarə Heyətinin hüquqlarını və vəzifələrini müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan müvəqqəti idarəetmə qurumu həyata keçirir.

Xatırladaq ki, V.Ələsgərov vitse-spikerdir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}