07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Azərbaycanın dövlət sərhədində insident olub
Tarix: 11-12-2019 09:58 | Bölmə: Cəmiyyət
Azərbaycanın dövlət sərhədində insident olub

2019-cu ilin dekabr ayının 6-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Şəmkir sərhəd dəstəsinin “Ceyrançöl” adlanan ərazinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində 1 nəfər çobanın qoyun sürüsü ilə Azərbaycan Respublikasının ərazisinə keçməsi müşahidə olunub.

DSX-nın mətbuat xidmətindən Reyting.az-a verilən məlumata görə, sərhəd naryadı tərəfindən qoyun sürüsü ərazidən çıxarılarkən sürünü qoruyan 10-a qədər it sərhəd naryadına hücum edib.

Sərhəd naryadı həyatına təhlükə yaranması ilə əlaqədar havaya xəbərdarlıq atəşi açıb, nəticə olmadığına görə itlərə qarşı silah tətbiq edib.

Bundan sonra sərhəd naryadı sürünün çobanının öz atının yanında yerdə uzanmasını müşahidə edib, ona yaxınlaşdığı zaman isə həmin şəxsin baş nahiyəsində sıyrılmış yaranın olması aşkar olunub.

Sərhəd naryadı tərəfindən dərhal ona ilkin tibbi yardım göstərilib və yaxınlıqdakı tibb müəssisəsinə təxliyəsi təşkil olunub. Hazırda səhhəti qənaətbəxşdir.

Həmin şəxsin şəxsiyyəti dəqiqləşdirilib, onun Gürcüstan vətəndaşı, Saqareco rayonunun Ləmbəli kənd sakini 1993-cü il təvəllüdlü Bəşirov Ramin Nizami oğlu olması müəyyənləşdirilib.

Hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidməti rəisinin müavini – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Əsgər Xəlilov əraziyə ezam olunub, sərhəd nümayəndələri səviyyəsində Gürcüstan sərhədçiləri ilə işçi görüş keçirilib.

Hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq tərəfindən müvafiq araşdırma aparılır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}