YAP-ın namizədlər siyahısında tanınmış simalar olacaq
Tarix: 11-12-2019 11:07 | Bölmə: Siyasət
YAP-ın namizədlər siyahısında tanınmış simalar olacaq

"Bu gündən qanunvericiliyə uyğun olaraq növbədənkənar parlament seçkilərinin rəsmi startı başlayır".

Bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi-sədr müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, vaxtı çatanda YAP öz siyahısını elan edəcək: "Bu siyahı əsasında da seçki kampaniyası uğurla həyata keçiriləcək. Bizim vaxtımıza hələ var. Siyahının üzərində iş gedir. Zamanı çatanda siyahı açıqlanacaq. Bu, elə vaxt olacaq ki, gec olmayacaq. YAP-ın namizədlər siyahısında tanınmış adamlar olacaq. Hesab edirəm ki, burada yeni simalar və əvvəlki tərkibində olan simaları da görəcəksiniz. Düşünürəm ki, vətəndaşımız YAP-ın təqdim edəcəyi siyahının kifayət qədər ümidverici və Azərbaycan parlamentinin fəaliyyətinin daha da artırılmasına kömək edəcək insanlar olacağını görəcək və inanacaqlar".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}