ABŞ-İran gərginliyi region ölkələrinin milli valyutasına təsir edəcək - İqtisadçı
Tarix: 05-01-2020 10:00 | Bölmə: Slayd
ABŞ-İran gərginliyi region ölkələrinin milli valyutasına təsir edəcək

“Bölgədə yaranmış durum region ölkələrin milli valyutalarının ABŞ dollarına nəzərən məzənnələrinə və xam neftin dünya bazar qiymətlərinə təsirsiz ötüşməyəcək”.

Reyting.az
xəbər verir ki, bunu ABŞ-da yaşayan iqtisadçı-alim ABŞ-İran münasibətləri fonunda İranla qonşu ölkələrdəki iqtisadi vəziyyəti şərh edərkən bildirib.

Q. İbadoğlu qeyd edib ki, məzənnə təsirlərindən ilk növbədə İran və Türkiyə iqtisadiyyatı qayğılanacaq: “Şübhəsiz ki, İran rialı və Türk lirəsi dəyərini bir az da itirəcək”.

ABŞ-İran gərginliyi region ölkələrinin milli valyutasına təsir edəcək
Q. İbadoğlu

Azərbaycan manatına gəlincə, iqtisadçı-alim bildirib ki, bu, məzənnənin tənzimlənməsi rejimindən asılı olacaqdır: “Əgər İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"nin 2017-ci il üzrə monitorinq və qiymətləndirmə nəticələrinə əsasən tərtib etdiyi hesabatında nəzərdə tutulduğu kimi 2020-ci ildən Azərbaycanda tam üzən məzənnə rejimi tətbiq olunarsa manat da baş verənlərdən təsirlənə bilər. Digər tərəfdən, onu da qeyd edim ki, Neft Fondunun təsdiq olunmuş büdcəsinə uyğun olaraq 2020-ci il üçün gəlirlər ötən ilki proqnoz göstəricilərindən 20 faiz az gözlənilir. Odur ki, bu arada maliyyə əməliyyatları apararkən ehtiyatlı olmaq lazımdır”.

İran-ABŞ münasibətlərinin beynəlxalq birjalara təsirlərinə gəlincə, Q. İbadoğlu diqqətə çatdırıb ki, artıq dünya bazarlarında Brend markali xam neftin qiyməti dünən 4 faizə qədər bahalaşıb, qızılın qiyməti son 4 ayın maksimum səviyyəsinə qalxıb, 10 illik xəzinədarlıq istiqarazlarının gəlirliyi son 3 həftənin ən aşağı səviyyəsinə enib, Standard & Poor 500 indeksi 0,7 faiz ucuzlaşıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}