23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Yaralanmış ABŞ əsgərləri Almaniya və Küveytə göndərilib
Tarix: 17-01-2020 18:18 | Bölmə: Dünya
Yaralanmış ABŞ əsgərləri Almaniya və Küveytə göndərilib

İranlı generalın öldürülməsinə cavab olaraq İraqdakı 2 hərbi bazaya raket zərbələri nəticəsində 11 ABŞ əsgəri yaralanıb.

Reyting.az
“The Hill”-ə istinadla xəbər verir ki, bu gün Pentaqon yaralı ABŞ hərbçilərinin Küveyt və Almaniyaya aparıldığını, travmatik beyin zədələrinə görə müalicə aldıqlarını və sonrakı müayinələrdən keçirildiyini bildirib.

Bağdaddakı ABŞ hərbi komandanlığının sözçüsü polkovnik Maylz Kaqqinsin sözlərinə görə, yaralı əsgərlərin müalicənin tamamlanması ilə İraqa qayıdacağı gözlənilir. “Şəxsi heyətimizin sağlamlığı və rifahı prioritet məsələdir və heç bir insanın tibbi vəziyyətini müzakirə etməyəcəyik”.

Adı açıqlanmayan bir vəzifəli şəxsə görə, ən azı xidmət üzvlərindən bəzilərinin hücumlarda sarsıntılar keçirdiyi düşünülür. "Hücumdan təxminən bir həftə sonra bəzi xidmət üzvləri hələ də sarsıntı simptomlarını yaşayırdılar".

Xadırladaq ki, ABŞ prezidenti Donald Tramp bildirmişdi ki, general Qasım Süleymaninin öldürülməsindən bir neçə gün sonra meydana gələn hücumlarda heç bir itki olmayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}