16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Ermənilərin növbəti təxribatı ilə bağlı dünya dövlətlərinə müraciət olundu
Tarix: 24-01-2020 14:51 | Bölmə: Siyasət
Ermənilərin növbəti təxribatı ilə bağlı dünya dövlətlərinə müraciət olundu

Qarabağ Azadlıq Təşkilatı (QAT) işğalçı Ermənistanın növbəti təxribat cəhdləri ilə bağlı bəyanat yayıb.

QAT-ın mətbuat xidmətindən Reyting.az-a göndərilən bəyanatda işğalçı Ermənistanın həyasız təxribatları ilə bağlı bir daha Azərbaycan hakimiyyətinə, bəzi xarici ölkə rəhbərlərinə, beynəlxalq təşkilatlara müraciət olunub:

“Ermənilər Rusiyanın paytaxtı Moskva şəhərində “Mistik ölkə - Aran” adlı “sənədli filmin” nümayişini keçirmək istəyiblər. Həmin saxta “film” barəsində əldə olan ilk məlumatlara görə, Azərbaycanın tarixi saxtalaşdırılır, tarixi Azərbaycan torpaqlarında guya erməni “dövləti”nin mövcud olması ilə bağlı yalan təsəvvür yaratmağa, alban məbədlərini erməni kilsələri kimi təqdim etməyə cəhd göstərilir. Bu, artıq erməni həyasızlığının son həddi kimi dəyərləndirilmədir”.

Bəyanatda qeyd olunur ki, ermənilərin təxribat cəhdlərinin qarşısını almaq üçün Rusiyanın paytaxtı Moskva şəhərində, digər regionlarında fəaliyyət göstərən diaspor təşkilatlarımız fədakarlıqla çalışırlar: “Onlara bu vətənpərvər mövqelərinə görə təşəkkür edirik. Amma bu erməni həyasızlığının qarşısının tam alınması üçün Azərbaycan və Rusiyanın dövlət rəhbərləri səviyyəsində təsirli tədbirlərin görülməsi vacibdir. Azərbaycan və Rusiya arasında həmişə düşmənçilik meylləri yaratmağa çalışan ermənilərin növbəti dəfə öz məkrli niyyətlərini həyata keçirməsinə imkan verilməməlidir.

Ermənilərin digər təxribatları Şuşa qalasının divarları ilə bağlıdır. Mətbuatda gedən məlumatlara görə, ermənilər qala divarlarını “restavrasiya” etmək istəyirlər. Aydındır ki, restavrasiya adı altında saxtalaşdırılma yolu ilə bu tarixi Azərbaycan abidələrini də erməniləşdirmək istəyirlər.

Biz Qarabağ Azadlıq Təşkilatı olaraq, bir daha beynəlxalq təşkilatlara, Rusiya və digər ölkələrin rəhbərlərinə müraciət edir, erməni təxribatlarının qarşısının alınması üçün təsirli addımlar atmalarını tələb edirik.

Biz Azərbaycan hakimiyyətinə müraciət edir, erməni həyasızlıqlarına son qoyulması üçün torpaqlarımızın azad olunmasını tələb edirik”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}