16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Rusiyada 1 milyon açılmamış cinayət var – DİN-dən açıqlama
Tarix: 28-01-2020 12:01 | Bölmə: Cəmiyyət
Rusiyada 1 milyon açılmamış cinayət var – DİN-dən açıqlama

Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, 2019-cu il üçün Rusiya Federasiyasında 915 min cinayət açılmamış qalıb ki, bu da 2018-ci ilin göstəricisindən 6,4 faiz çoxdur.

Reyting.az
“Rosbalt”-a istinadla xəbər verir ki, polis əməkdaşları 600 qətl hadisəsinin üstünü aça bilməyib. Bundan başqa, qəsdən ağır bədənə xəsarət yetirmə ilə bağlı 1035 fakt, 493,7 min oğurluq, 13,6 min qarət, 1116 soyğunçuluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi cinayətlərin böyük əksəriyyətinin - 895 mininin "təqsirləndirilən şəxs qismində cəlb oluna bilməməsi ilə əlaqədar" açılmamış qaldığını bildirib.

Əvvəlki ildə araşdırılmış cinayətlərin sayı 850,4 min olub.

Xatırladaq ki, daha əvvəl 2019-cu ildə Rusiya Federasiyasında 2 milyondan çox cinayətin törədildiyi bildirilmişdi.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}