17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Rusiyanın Türkiyədən tələbi: “Terrorçulara silah verməyi dayandır” - Video
Tarix: 20-02-2020 20:51 | Bölmə: Siyasət
Rusiyanın Türkiyədən tələbi: “Terrorçulara silah verməyi dayandır”

Rusiyanın Suriyadakı Tərəfləri Barışdırma Mərkəzi Türkiyə ordusunun Suriyadakı terrorçuları dəstəklədiyini bildirib. Bəyanatda Ankara terrorçuların fəaliyyətlərini dəstəkləməyi və onlara silah göndərməyi dayandırmağa çağırılır.

Reyting.az
“Sputnik-Türkiyə”-yə istinadla xəbər verir ki, Türkiyə dəstəkli döyüşçülər Kminas və Neyrab bölgələrində Suriya ordusuna həmlə edib.

Hücumda Türk ordusunun dəstəyini vurğulayan Tərəfləri Barışdırma Mərkəzi qeyd edib: "Bu, Türkiyə Silahlı Qüvvələrinin yaraqlıları dəstəklədiyi ilk hadisə deyil. Türkiyə tərəfini terrorçuların fəaliyyətinə dəstək verməyi və onlara silah göndərməyi dayandırmağa çağırırıq".

Terrorçular çox sayda tankla Kminas-Neyrab xəttində Suriya ordusuna hücumlarını həyata keçirdiyini və Türkiyə ordusunun artilleriya atəşi ilə dəstəkləndiyini bildirən Mərkəz, bunun nəticəsində Suriya ordusunun müdafiəsinin pozulduğunu qeyd edib.

Hücumlarda 4 suriyalı əsgərin yaralandığını açıqlayan Mərkəz, Rusiya ordusunun hücumu dayandırdığını bildirib.

Mərkəz Türkiyə artilleriyasının İdlibdəki yaraqlıların hücumlarını dəstəklədiyi anları göstərən 43 saniyəlik bir video da yayımlanıb.





Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}