Dövlət çevrilişinə görə ömürlük həbs cəzası verilmiş general ölüb - Foto
Tarix: 26-02-2020 11:06 | Bölmə: Slayd
Dövlət çevrilişinə görə ömürlük həbs cəzası verilmiş general ölüb

Sincanda tankları küçələrə çıxaran və Ərbakan hökumətinin devrilməsinə vəsilə olan Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanı, general Hikmət Köksal vəfat edib.

Reyting.az
xəbər verir ki, general Köksal 1997-ci ildə ordudan təxris olunub.

Sonradan 28 fevral hadisəsi ilə əlaqədar Ankara Ağır Cinayətlər Məhkəməsində mühakimə edilib. Məhkəmənin 2018-ci ildə verdiyi qərarla general “Türkiyə Respublikası hökumətini devirməkdə iştirak”da ittiham edilib və ömürlük həbs cəzası alıb. Məhkəmə eyni zamanda generalın rütbədən mərhum edilməsinə dair qərar da qəbul edib.

Yaş və sağlıq durumu səbəbindən həbs edilməyən generala ölkə xaricinə çıxmaq qadağası tətbiq olunub. Ancaq qərardan apellyasiya şikayəti verilib və yekun qərar çıxarılmayıb. Bu səbəbdən də Hikmət Köksal rəsmi olaraq TSK-nın təqaüddə olan generalı hesab olunur və ona rəsmi vida mərasimi düzənlənəcək.

General Hikmət Köksal həm də məhkəmə prosesi zamanı “28 fevralda tankları Sincana niyə çıxardınız”,- sualına maraqlı cavabı ilə yaddaşlarda qalıb.

Dövlət çevrilişinə görə ömürlük həbs cəzası verilmiş general ölüb

Suala cavabında general bildirib ki, tankların Sincana çıxarılması qədər istismar edilən bir hadisə görməyib: “Bu qədər əhəmiyyətli görünən, qabardılan, hətta 3 tankı televiziya monitorlarında təhdid kimi göstərilən olayın təhdidlə və qorxutmaqla heç bir əlaqəsi olmayıb. Bu hadisə olan zaman mən Quru Qoşunları Komandanlığında ən ali vəzifədə idim. Heç kim məni axtarıb “Bu tankları niyə küçələrə çıxarmısan”,- deyə soruşmayıb. Əvəzində hər kəs istədiyini yazdı və düşündü. Halbuki tanklar illik manevr planına uyğun olaraq Sincandan keçib. Niyə Sincandan? Çünki Sincan şəhər mərkəzi deyildi. Ankara və İstanbul kimi yerlərdə ana yola zərər verməmək, tıxac yaratmamaq üçün Sincanı seçdim. Üstəlik, hər zaman istifadə etdiyimiz yolda körpü təmir olunurdu, odur ki, həmin yolu seçməmişdik”.

Qeyd edək ki, 1997-ci ilin yanvar ayında Ankaranın Sincan bölgəsində “Qüds gecəsi” təşkil edilib. Bu tədbirə İran səfiri və Yaxın Şərqdən bəzi qonaqların gəlişi “irtica gəlir” müzakirələrinə səbəb olub. Bundan sonra yanvarın 30-da tanklar Sincanda keçid edib. Bu hadisə 28 fevral dövlət çevrilişi yolunda vacib addım kimi tarixdə qalıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}