17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
NATO-nun Türkiyə ilə bağlı fövqəladə toplantısı çağırıldı
Tarix: 28-02-2020 11:08 | Bölmə: Siyasət
NATO-nun Türkiyə ilə bağlı fövqəladə toplantısı çağırıldı

İdlibdə 33 türk əsgərinin şəhid olmasından sonra NATO hərəkətə gəlib.

Reyting.az
xəbər verir ki, NATO Türkiyənin tələbi ilə bu gün fövqəladə toplantı keçirəcək.

Qeyd edək ki, bu gecə İdlibdə baş verən hərbi əməliyyat zamanı 33 türk əsgəri şəhid olub, 36 əsgər yaralanıb.

Türkiyə tərəfi elan edib ki, əməliyyat zamanı türk ordusunun zərbələri nəticəsində Əsəd ordusunun 1709 hərbçisi, 55 tank, 3 helikopter, 18 zirehli maşın və xeyli sayda top məhv edilib. Zərbələr davam etdirilir.

Hadisədən dərhal sonra Türkiyə xarici işlər nazri Mövlud Çavuşoğlu NATO-nun Baş katibi Yens Stoltenberqlə müzakirələr aparıb.

Bu gün bəlli olub ki, NATO Türkiyə müttəfiqinin tələbi ilə xüsusi toplantı keçirəcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}