14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Müxalifət partiyasının sədri Prezident Administrasiyası ilə danışıqlara başlayıb
Tarix: 29-02-2020 11:28 | Bölmə: Siyasət
Müxalifət partiyasının sədri Prezident Administrasiyası ilə danışıqlara başlayıb

REAL Partiyasının sədri İlqar Məmmədov Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşüb.

Reyting.az
-ın xəbərinə görə, bu barədə İlqar Məmmədov özü məlumat verib.

İ. Məmmədov bildirib ki, "Respublika" qonaq evinin konfrans zalında keçirilən görüş Ə. Vəliyevin dəvəti ilə bu gün reallaşıb.

REAL sədri qeyd edib ki, görüş zamanı Azərbaycan hakimiyyəti ilə müxalifət arasında siyasi dialoq və əməkdaşlığın vacibliyini qarşılıqlı olaraq dilə gətiriblər. “Bu, daha çox tanışlıq görüşü idi, bəzi perspektiv mövzulara sadəcə, toxunduq. Ümid edək ki, bundan sonra müntəzəm ünsiyyət və əməkdaşlıq siyasi rəqabətin tərkibində layiqli yer alacaq”, - deyə İ. Məmmədov əlavə edib.

Xatırladaq ki, bir neçə gün əvvəl PA-nın şöbə müdiri AXP sədri Pənah Hüseynlə də görüşüb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}