17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Müsavat başqanı Prezident Administrasiyasına dəvət olunub
Tarix: 29-02-2020 12:54 | Bölmə: Siyasət
Müsavat başqanı Prezident Administrasiyasına dəvət olunub

Müsavat Partiyasının başqanı Arif Hacılı Prezident Administrasiyasına dəvət olunub.

Reyting.az
xəbər verir ki, bu barədə A. Hacılı özü məlumat verib.

Bildirib ki, ona dəvət gəlib və o, bu dəvəti qəbul edib:

"Mənə ünvanlanan suallara cavab olaraq bildirirəm ki, Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevlə görüş üçün dəvət almışam. Görüş təklifini qəbul etdim. Bu görüşün Müsavat Partiyasının qərargahında keçirilməsinin siyasi baxımdan daha düzgün olduğunu bildirdim".

Xatırladaq ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn və ReAL Partiyasının sədri İlqar Məmmədovla ayrı-ayrılıqda görüşüb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}