Tərcüməçiyə və həyat yoldaşına qarşı casusluq ittihamı irəli sürülüb - Foto
Tarix: 30-03-2020 14:57 | Bölmə: Siyasət
Tərcüməçiyə və həyat yoldaşına qarşı casusluq ittihamı irəli sürülüb

Alman ordusunda tərcüməçi işləyən Əfqanıstan əsilli, 51 yaşlı Əbdülhəmid S. İranın nəfinə casusluq etdiyi üçün 6 il 10 ay həbs cəzasına məhkum olunub.

Reyting.az
“AFP”-yə istinadla xəbər verir ki, martın 23-də Koblenz şəhərində mühakimə olunan həmin şəxs "xəyanət" və "dövlət sirlərini bölüşmək" ittihamı ilə həbs olunmuşdu.

Koblenz məhkəməsi Əbdülhəmid S.-in arvadı Asiya S.-i də 10 aylıq həbs cəzasına məhkum edib. O, "İran xüsusi xidmət orqanları üçün casusluq fəaliyyəti" və "ərinə kömək etmək"də ittiham olunub.

Almaniyada xəyanət cinayətinə görə ən azı 10 il həbs cəzası nəzərdə tutulur.

Hər iki şəxsin cəzası təqsirini etiraf etdiyinə azaldılıb.

Əfqanıstanın paytaxtı Kabil şəhərində anadan olan Əbdülhəmid S. Koblenz yaxınlığındakı Daun qəsəbəsindəki kazarmada mülki tərcüməçi və mədəni məsləhətçi olaraq çalışıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi Əbdülhəmid S.-in İran dövlət orqanları ilə əlaqəsini təkzib edib.

Tərcüməçiyə və həyat yoldaşına qarşı casusluq ittihamı irəli sürülüb

Alman məhkəmə orqanlarının araşdırmasına görə, Əbdülhəmid S., 2013-2017-ci illər arasında Avropanın müxtəlif şəhərlərində İran kəşfiyyatına bağlı səlahiyyətlilərlə ən azı 8 dəfə görüşüb. O, xidmət müqabilində ən azı 38 min dollar mükafat alıb.

Əbülhəmid S.-in arvadı Asiya S.n 2016-cı ildən bəri İran kəşfiyyatının kuryeri olub.

Koblenzdəki məhkəmə dövlət sirrlərini qorumaq üçün qapalı keçirilib.

“Der Spiegel”-in iddiasına görə, İran Kəşfiyyat Nazirliyində işləyən Əbdülhəmid S, Almaniyanın Əfqanıstandakı hərbi missiyası ilə bağlı həssas və məxfi məlumatlara da sahib ola bilər.

Almaniyada daxili kəşfiyyata məsul olan Konstitusiya Mühafizə Agentliyi (BfV) İranı Çin və Rusiya ilə birlikdə Almaniyada casusluqla məşğul olan ən nüfuzlu ölkələrdən biri olaraq görür.

Ötən il Almaniyada bir İran diplomatı “Mücahidin Xalq”a qarşı terror hazırlamaq ittihamı ilə həbs edilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}