İnstitut rəhbəri: “ABŞ-da milyonlarla insan koronavirusa yoluxa, 200 min nəfər ölə bilər”
Tarix: 30-03-2020 17:58 | Bölmə: Siyasət
İnstitut rəhbəri: “ABŞ-da milyonlarla insan koronavirusa yoluxa, 200 min nəfər ölə bilər”

“Amerikada koronavirusdan ölənlərin sayı 200 minə çata bilər”.

Reyting.az
“CNN”-ə istinadla xəbər verir ki, bunu Amerika Milli Sağlamlıq İnstitutu ilə əlaqəli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun prezidenti Entoni Fauçi bildirib.

Fauçi yoluxma hallarının da milyon nəfərlə ifadə edilə biləcəyini söyləyib.

Rəsmi məlumatlara görə, ABŞ-da hər il qripdən 12 minlə 61 min arasında insan həyatını itirir. 1918-1919-cu illərdə qrip epidemiyasından ABŞ-da 675 min insan ölüb.

Hazırda Amerikada koronavirusa 130 mindən çox insan yoluxub. Həyatını itirənlərin sayı 3 minə yaxınlaşır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}