11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
Ermənistan Azərbaycana qarşı növbəti təxribata əl atıb
Tarix: 30-03-2020 22:01 | Bölmə: Gündəm
Ermənistan Azərbaycana qarşı növbəti təxribata əl atıb

Azərbaycan Respublikasının Ermənistanla dövlət sərhədində düşmən tərəf növbəti təxribata əl atıb.

Reyting.az
xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

30 mart tarixində saat 17:30-dan başlamaqla Qazax rayonunun Quşçu Ayrım kəndində yaşayış evləri və avtomobil yolu ilə hərəkət edən mülki nəqliyyat vasitələri Ermənistanın Noyemberyan rayonunun Boqanis və Voskevan kəndləri yaxınlığında yerləşən Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən iri çaplı silahlardan intensiv atəşə tutulub.

Düşmən təxribatının qarşısı alınıb, yaşayış məntəqəmizə və mülki nəqliyyat vasitələrinə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub.

Hazırda əməliyyat şəraiti sərhəd döyüş məntəqələrimizin nəzarəti altındadır.

Qeyd edək ki, Ermənistan Kütləvi İnformasiya Vasitələrinin sərhəd döyüş məntəqələrimiz tərəfindən atəşkəs rejiminin pozulması barədə məlumatları həqiqətə uyğun deyil, bölmələrimiz tərəfindən Ermənistanın yaşayış məntəqələri istiqamətində atəş açılmayıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}