Bu həftədən ziyanlarla bağlı ödəmələrə başlayacaqlar - Hökumət sözçüsü
Tarix: 02-04-2020 12:16 | Bölmə: İqtisadiyyat
Bu həftədən ziyanlarla bağlı ödəmələrə başlayacaqlar - Hökumət sözçüsü

"Prezident İqtisadiyyat naziri Mikayıl Cabbarovu tələsdirdi ki, bu həftədən ziyanlarla bağlı ödəmələr başlasın. Krediti olan müştərilərin vəziyyətini yaxşılaşdırarkən banka əmanət qoyanların və bankların vəziyyətini pisləşdirməməliyik".

Reyting.az
xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib.

O bildirib ki, bankın iş zəncirinə zərbə vurmamağa, bankların müflisləşməməsinə çalışılmalıdır: "Bununla bağlı məsələlər demək olar ki, son mərhələdədir, sənədlər hazırlanır, yaxın günlərdə həllini tapacaq. Əhaliyə dəyən zərərin minimallaşdırılması üçün Prezident tərəfindən tapşırıq verilib "




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}