17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
ABŞ-ın Fövqəladə Hallar Agentliyi Pentaqondan 100 min ədəd cəsəd torbası istəyir
Tarix: 02-04-2020 12:23 | Bölmə: Cəmiyyət
ABŞ-ın Fövqəladə Hallar Agentliyi Pentaqondan 100 min ədəd cəsəd torbası istəyir

ABŞ-ın Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (FEMA) koronavirus epidemiyasına qarşı mübarizədə istifadə etmək məqsədilə Pentaqondan 100 min ədəd cəsəd torbası tələb edib.

Reyting.az
xəbər verir ki, bu iddia ilə “Blomberq” FEMA-dakı mənbələrinə istinadla yayıb.

Qeyd edilir ki, FEMA-nın tələbi rəsmi formada Müdafiə Nazirliyinə çatdırılıb. Pentaqon isə əlində olan 50 min cəsəd torbasının yaxın zamanlarda göndərəcəyini, yedə qalan 50 min torba üçün isə addım atacağını bildirib.

Bu iddia ilə bağlı nə Pentaqon, nə də FEMA rəsmiləri açıqlama yaymayıb.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp ötən gün Ağ Evdə mətbuat konfransı zamanı elan edib ki, COVİD-19 infeksiyası ABŞ-da 100-240 min arasında insanın həyatına son qoya bilər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}