14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Azərbaycanda daha 63 nəfər koronavirusa yoluxub
Tarix: 05-04-2020 15:25 | Bölmə: Cəmiyyət
Azərbaycanda daha 63 nəfər koronavirusa yoluxub

Azərbaycan Respublikasında 63 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Reyting.az-a verilən məlumata görə, xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş həmin şəxslərdən 14 nəfərin vəziyyəti ağır, 21 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Hazırkı dövrədək ölkəmizdə 584 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 26 nəfəri müalicə olunaraq sağalmış, 5 nəfər vəfat etmiş, 547 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}