ABŞ-ın elektron təyyarələri başqa ölkələr üzərində kəşfiyyat uçuşlarına başlayıb - Foto
Tarix: 07-04-2020 13:50 | Bölmə: Siyasət
ABŞ-ın elektron təyyarələri başqa ölkələr üzərində kəşfiyyat uçuşlarına başlayıb

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus kəşfiyyat təyyarələri Koreya yarımadası üzərində kəşfiyyat uçuşları həyata keçirməyə başlayıb.

Reyting.az
Cənubi Koreya mediasına istinadla xəbər verir ki, hava nəqliyyat vasitələrini izləyən “Aircraft Spots”, “RC-135V Rivet Joint” model elektron kəşfiyyat təyyarəsi ölkənin şimal şərqinə -Ganqovon və Seul ilə İnceon şəhərini birləşdirən Gyeonqqi bölgəsində qeydə alınıb.

Media ötən həftənin cümə günü də eyni model təyyarələrin Koreya yarımadası üzərində kəşfiyyat uçuşu həyata keçirdiyini iddia edib.

ABŞ Şimali Koreya ilə nüvə müzakirələrini dayandırmasının ardınca ötən ilin sonlarından Pxenyan hökumətinin gələcəkdə yeni silah sınaqlarından ehtiyat edərək bölgədə havadan izləmə və hərbi kəşfiyyat fəaliyyətini gücləndirib.

ABŞ-ın elektron təyyarələri başqa ölkələr üzərində kəşfiyyat uçuşlarına başlayıb

“Aircraft Spots” ötən ilin dekabr ayı boyunca, “Boeing” şirkətinin istehsal etdiyi “RC-135V” elektron kəşfiyyat təyyarəsi və “Northrop Grumman” firması tərəfindən hazırlanan “E-8 Joint Starts” model birgə izləmə və radar sistemi təyyarələrinin Koreya yarımadası üzərindən uçduğu müəyyən edilib.

Eyni zmanda 11 dekabrda Koreya yarımadası və Yaponiya yaxınlığında bir “B-52” strateji bombardman təyyarəsi ilə “Global Havk” dronunun təsbit edildiyi açıqlanmışdı.

Şimali Koreya ilə ABŞ arasında ötən ilin fevral ayından bu yana davam edən nüvə danışıqları İsveçrədə dayandırılıb.

Qeyd edək ki, Şimali Koreya lideri Kim Çin İnn müzakirələrə yenidən başlamaq məqsədilə ABŞ administrasiyasına ilin sonuna qədər vaxt verib. Əks təqdirdə nüvə və qitələrarası raket sınaqlarına başlayacağını bildirib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}