ABŞ Silahlı Qüvvələrində böhran: admiral istefa verdi, xəyanətdə ittiham olunan var - Fotolar
Tarix: 08-04-2020 12:52 | Bölmə: Slayd
ABŞ Silahlı Qüvvələrində böhran: admiral istefa verdi, xəyanətdə ittiham olunan var

ABŞ Dəniz Qüvvələrinin komandan əvəzi admiral Tomas Modly “USS Teodor Ruzvelt” təyyarədaşıyan gəmisinin kapitanı Brett Kozierlə bağlı işlətdiyi ifadələrdən sonra istefa vermək məcburiyyətində qalıb.

Reyting.az
-ın məlumatına görə, koronavirus artıq ABŞ Silahlı Qüvvələrinə də sirayət edib və bu səbəbdən donanmada ciddi narazılıqlar başlayıb.

Qeyd edək ki, kapitan Kozierin rəhbərlik etdiyi gəmidə koronavirus epidemiyasına görə personalın təxliyəsi ilə bağlı göndərdiyi məktub mediaya sızıb. Bu səbəbdən də admiral Modlye kapitanı xəyanətdə ittiham edib. Nəticədə admiral təpkilərlə üzləşib və istefa verməyə məcbur olub.

Bildirilir ki, admiral istefa ərizəsini Müdafiə naziri Esperə təqdim edib və onun istefası qəbul olunub.

ABŞ Silahlı Qüvvələrində böhran: admiral istefa verdi, xəyanətdə ittiham olunan var
T. Modly

Xatırladaq ki, kapitan Krozier gəmidə COVİD-19-a yoluxma halları ilə bağlı donanma komandanlığına məktub yazıb. Kapitanın məktubu, eyni zamanda media və komandan strukturunda təmsil olumayan şəxslərə də göndərildiyi üçün vəzifəsindən azad edilib.

Kapitanın müzakirələrə yol açan 4 səhifəlik məktubunda yazılır ki, gəmidə sosial məsafənin saxlanılması mümkün olmadığından personal 14 gün müddətinə karantinə alınsın.

Media aydınlaşdırıb ki, kapitanın məktubu təhlükəsiz olmayan elektron ünvanla 20-dən çox insana göndərilib. Komandan isə bəyan edib ki, göndərdiyi məktubun cəmiyyətə sızdırılacağını düşünməyən birinin bu gəmiyə kapitanlıq etmək hüququ yoxdur.

ABŞ Silahlı Qüvvələrində böhran: admiral istefa verdi, xəyanətdə ittiham olunan var
B. Kozier

Kapitanın onunla əlaqə saxlamaq imkanı olduğu halda bunu etmədiyinə diqqət çəkən komandan əlavə edib ki, bu fakt onun və komandanlığın özünəgüvəninə xəyanətdir: “Bu addım ayrıca bir xəyanətdir. Çünki məktubu sızdırmaq Vaşinqtonda böyük bir müzakirənin açılmasına səbəb olub”.

Komandanın kapitana qarşı ittihamları cəmiyyətdə ciddi etiraza səbəb olub. Sözlərinin arxasında durduğunu bəyan edən Modly sonradan ifadələrinin məqsədini aşdığını bildirərək üzr istəyib.

“USS Teodor Ruzvelt” gəmisində üzən 5 minə yaxın donanma personalı isə Quam adasında karantinə alınıb. Gəmidə 176 personalın COVİD-19-a yoluxduğu müəyyən edilib. Kapitan Kozeirin testi də pozitiv çıxıb.

Bundan sonra komandan istefa verdiyini bəyan edib.

ABŞ Silahlı Qüvvələrində böhran: admiral istefa verdi, xəyanətdə ittiham olunan var

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}