16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
İngiltərə NATO-dakı müttəfiqlərindən kömək istəyir
Tarix: 09-04-2020 23:01 | Bölmə: Slayd
İngiltərə NATO-dakı müttəfiqlərindən kömək istəyir

Böyük Britaniya koronavirusla bağlı amansız ölümlərin qarşısını almaq üçün Almaniya orudusundan dəstək istəyib.

Reyting.az
xəbər verir ki, bu barədə populyar “Der Spiegel” nəşri xəbər yayıb.

Məlumata görə, alman ordusu ilk mərhələdə İngiltərəyə 60 ədəd süni tənəffüs aparatı göndərəcək.

İngiltərə Müdafiə Nazirliyi bir sıra NATO ölkəsinə yardım məqsədilə müracitət edib.

Məhz bu müraciətdən sonra Almaniyanın Müdafiə naziri Anneqret Kramp Karrenbauer bu ölkəyə ilkin mərhələdə 60 ədəd süni tənəffüs aparatı göndərmək haqda qərar verib. Əlavə edilib ki, bu yardım pul qarşılığında həyata keçiriləcək.

Qeyd edək ki, İngiltərənin səhiyyə sistemi koronavirus səbəbindən çökmüş kimidir. Koronavirus böhranı İngiltərədə durumu gərginləşdirir. Baş nazir Boris Conson koronavirusa yoluxub və ötən bazardan xəstəxanada müalicə alır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}