Ermənistan təyyarələrinin Avropa İttifaqı üzərindən uçuşu qadağan olunub
Tarix: 03-06-2020 12:32 | Bölmə: Cəmiyyət
Ermənistan təyyarələrinin Avropa İttifaqı üzərindən uçuşu qadağan olunub

Avropa Komissiyası Ermənistan aviaşirkətlərinə məxsus təyyarələrin Avropa İttifaqına üzv olan ölkələrin ərazisi üzərindən bütün uçuşlarını qadağan edib.

Bunu Avropa İttifaqının Avropa üzrə nəqliyyat komissarı Adina Valean bildirib.

Avropa Komissiyasının “qara siyahısı"na Ermənistanın “Aircompany Armenia”, “Armenia Airways”, “Armenian Helicopters”, “Atlantis Armenian Airlines”, “Atlantis European Airways”, “Mars Avia” və “Skyball” şirkətləri daxil edilib.

Qadağa şirkətlərin beynəlxalq təhlüksizlik üzrə standartlara uyğun fəaliyyət göstərmədikləri üçün tətbiq olunub/Report. 




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}