16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
İTV-nin Yayım Şurasının tərkibində dəyişiklik ediləcək - Fotolar
Tarix: 03-06-2020 17:40 | Bölmə: Slayd
İTV-nin Yayım Şurasının tərkibində dəyişiklik ediləcək
İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) Yayım Şurasının tərkibində dəyişiklik gözlənilir.

Reyting.az
-ın əldə etdiyi məlumata görə, Yayım Şurasının tərkibindən kənarlaşdırılacaq şəxslərdən biri, namizədliyi Azərbaycan Mətbuat Şurası tərəfindən irəli sürülən Azər Həsrətdir. Qeyd edək ki, jurnalist Azər Həsrət 2017-ci ilin aprelindən İTV-nin Yayım Şurasının üzvüdür.

Şuranın tərkibindən kənarlaşdırılacaq digər şəxs, namizədliyi gənclər təşkilatları tərəfindən irəli sürülmüş və hazırda Neftçala rayon icra hakimiyyətinin başçısı vəzifəsində çalışan Mirhəsən Seyidovdur. M. Seyidov 2015-ci ildə Şuranın üzvü seçilib.

İTV-nin Yayım Şurasının tərkibində dəyişiklik ediləcək
Ələsgər Məmmədli

Tanınmış hüquqşünas, media eksperti Ələsgər Məmmədli Yayım Şurası ilə bağlı məsələni Reyting.az-a şərh edərkən deyib ki, Neftçala rayon icra hakimiyyətinin başçısı vəzifəsini tutan şəxs adıçəkilən Şuranın üzvü ola bilməz. Ə. Məmmədli bildirib ki, bu təmsilçilik qanunvericiliyin pozulmasıdır:

“İctimai yayım haqqında” qanun 17-ci maddəsində göstərilir ki, Yayım Şurasının formalaşdırılmasında 9 müxtəlif qurumun təmsilçisi iştirak edə bilər. Bunlar - Mətbuat Şurası, Sahibkarlar Şurası, Gənclər Şurası, Qadın birlikləri, İdman təşkilatları, Yaradıcılıq təşkilatları, Dini konfensiyalardır. Neftçalanın icra başçısı bu qurumların heç birinə aid deyil. Bu səbəbdən də həmin şəxs icra başçısı təyin edildikdən sonra Yayış Şurasından istefa verməli idi”.

Azər Həsrət və ya Şuranın digər üzvünün bu qurumdan kənarlaşdırılması ilə bağlı iddialara gəldikdə, hüquqşünas bildirib ki, İctimai Yayım Şursında təmsil olunan şəxsin istefa vermək hüququnu heç kim məhdudlaşdıra bilməz: “Şəxs özü bu qurumdan istefa verdiyini elan edə, bu barədə Milli Məclisə məktub göndərə bilər. Bu halda Milli Məclis boşalan yerə yeni şəxs müəyyən edə bilər. Bir sözlə, Şura üzvlüyündən getmək üçün 6 illik müddəti gözləmək tələbi yoxdur”.

İTV-nin Yayım Şurasının tərkibində dəyişiklik ediləcək

Azər Həsrət isə məsələyə münasibət bildirərkən deyib ki, İTV-nin Yayım Şurasından kənarlaşdırılması üçün əsas yoxdur: “Mənimlə bağlı redaksiyaya təqdim edilmiş məlumat həqiqəti əks etdirmir”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}