14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
“Keşikçidağ”da növbəti təxribat planlaşdırılıb - DSX xəbərdarlıq etdi
Tarix: 04-06-2020 00:01 | Bölmə: Siyasət
“Keşikçidağ”da növbəti təxribat planlaşdırılıb - DSX xəbərdarlıq etdi

İyun ayının 4-də Azərbaycan-Gürcüstan dövlət sərhədində “Keşik­çidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində bir qrup şəxs tərəfindən dövlət sərhədini pozmaqla təxribat xarakterli hərəkətlərin törədiləcəyi barədə məlumat­lar əldə olunub.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi bildirir ki, əldə olunmuş məlumatlar barədə Gürcüstanın Sərhəd Mühafizəsi rəsmi qaydada məlumatlandırılıb.

"Dövlət Sərhəd Xidməti bununla əlaqədar bildirir ki, dövlət sərhədində istənilən təxribatın qarşısı qətiyyətlə alınacaqdır və bu zaman baş verə biləcək fəsadlara görə təxribatın təşkilatçıları məsuliyyət daşıyacaqlar", - deyə, məlumatda qeyd olunub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}