16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılıb
Tarix: 07-06-2020 12:41 | Bölmə: Cəmiyyət
Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılıb

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) koronovirus pandemiyasına qarşı mübarizənin daha da gücləndirilməsi məqsədi ilə Bakı şəhərinin bütün rayonlarında kompleks tədbirləri davam etdirir.

Reyting.az
xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin strukturları iyun ayının 7-də səhər saatlarından etibarən paytaxtdakı əsas küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə gücləndirilmiş dezinfeksiya işləri aparıblar. Artıq 5-ci dəfə aparılan dezinfeksiya işlərinə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2000 əməkdaşı cəlb olunub.

Əməkdaşlar dezinfeksiyaedici aparatlarla səkilərdə, yol kənarlarında, park və meydanlarda, obyektlərin qarşısında tibbi-profilaktik işlər aparıblar.

BŞİH bildirir ki, böyük maliyyə vəsaiti tələb edən tibbi-profilaktiki işlər ölkə rəhbərliyinin xüsusi diqqəti nəticəsində mümkün olub.

Mərkəzi küçələrlə yanaşı paytaxtın qəsəbə və digər yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılıb. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq paytaxt sakinləri bir gün əvvəl KİV-lər vasitəsi ilə xəbərdarlıq ediliblər.

Paytaxt küçələrində sərt karantin rejiminə nəzarəti həyata keçirən Daxili İşlər Nazirliyinin şəxsi heyəti həm də 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitəsinin köməyi ilə keçirilən növbəti genişmiqyaslı dezinfeksiya işlərində fəal iştirak ediblər.

Bununla yanaşı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları təsdiq edilmiş qrafikə uyğunlaraq departamentin balansında olan yaşayış binalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davam etdirirlər.

Paytaxtda tibbi-profilaktik və dezinfeksiya işləri gündəlik olaraq gücləndirilmiş qaydada davam etdiriləcəkdir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}