16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Müdafiə nazirinin müavini vəzifədən çıxarıldı - Yeni təyinat
Tarix: 09-07-2020 10:38 | Bölmə: Siyasət
Müdafiə nazirinin müavini vəzifədən çıxarıldı - Yeni təyinat

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq sərəncamı ilə general-leytenant Fuad Məmmədov Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib.

Reyting.az
xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, general-leytenant Nizam Osmanov Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifələrinin müvəqqəti icrasına təyin olunub.

Məlumata görə, Müdafiə nazirinin əmri ilə general-leytenant F. Məmmədov nazirlikdə başqa vəzifəyə təyinat alıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}