17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Beynəlxalq fövqəladə vəziyyət rejimi uzadılıb - Virusla bağlı
Tarix: 01-08-2020 23:14 | Bölmə: Cəmiyyət
Beynəlxalq fövqəladə vəziyyət rejimi uzadılıb - Virusla bağlı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus pandemiyası ilə əlaqədar beynəlxalq fövqəladə vəziyyət rejimini növbəti 3 ay müddətinə uzadıb.

Bu barədə ÜST-ün Fövqəladə Vəziyyət üzrə Komitəsinin Cenevrədə keçirilən müşavirəsinin yekununda bildirilib.

Vurğulanır ki, komitə "beynəlxalq narahatlığa səbəb olan pandemiyanın hələ ictimai səhiyyə üçün fövqəladə vəziyyət yaratması ilə yekdilliklə razılaşıb".

Komitə rejimin uzadılması haqqında tövsiyəsini baş direktor Tedros Adanom Qebreyesusa təqdim edib və ÜST rəhbəri təkliflə razılaşıb.

Bununla əlaqədar olaraq komitə baş direktorun qərarı ilə üç ay ərzində yenidən çağırılacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}