16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Sahil Babayev: "20 minə yaxın şəxs ictimai iş təklifi ilə razılaşmayıb"
Tarix: 07-08-2020 12:18 | Bölmə: İqtisadiyyat
Sahil Babayev: "20 minə yaxın şəxs ictimai iş təklifi ilə razılaşmayıb"

"Birdəfəlik ödəmə alacaq şəxslərin siyahısına düşmürəm deyən, amma özünü aztəminatlı hesab edən şəxslər üçün ikinci proqram təklif olunur".

Reyting.az xəbər verir ki, bunu məşğulluq və sosial rifaha dəstək tədbirləri ilə bağlı mətbuat konfransında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, həmin şəxlərə ictimai işlər təklif olunur: "İctimai iş yalnız süpürmək, silmək deyil. Siyahıda başqa iş təklifləri də var. İctimai işlərdə işləyənlərin də əməkhaqqısı aylıq minumum orta əmək haqqından az olmur".

Nazir qeyd edib ki, 190 manatdan imtina alan, şikayət edən kifayət qədər şəxs olub: "Burada maddi imkanı yüksək olanlar müəyyən olundu. Son 3 ayda aztəminatlılıq meyarına görə, 190 manatdan imtina alan ictimai iş təklif edilən 20 minə yaxın şəxs (1%) bununla razılaşmayıb".

S.Babayev bildirib ki, pandemiya dövründə bir çox iş yerlərinin bağlanması qaçılmaz idi: "Kimsə zəmanət verə bilməzdi ki, bağlanan iş yerlərində çalışanların hamısı iş tapacaqdı"/APA.




Bölməyə aid digər xəbərlər
Bu gün, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}