09:12 / 20-04-2024
BMT Baş katibi Azərbaycan və Ermənistana çağırış edib
09:06 / 20-04-2024
Blinken 4 kəndin qaytarılması ilə bağlı razılaşmanı alqışlayır
00:37 / 20-04-2024
Hikmət Hacıyev: "Bu, diplomatik və siyasi cəsarətimizin təcəssümüdür"
23:26 / 19-04-2024
Aİ-dən 4 kəndin qaytarılmasına reaksiya: "Davamlı nizamlanmanı tam dəstəkləyirik"
21:22 / 19-04-2024
Buraxılış imtahanının nəticələri elan olunub
20:45 / 19-04-2024
19-cu əsrin solğun dagerreotiplərini bərpa ediblər
20:29 / 19-04-2024
Qəzza müharibəsi qloballaşır
18:35 / 19-04-2024
MKİ: “Moskva yaxınlığındakı terror aktını İŞİD təşkil edib”
18:14 / 19-04-2024
Qəzzada daha 42 nəfər dinc sakin həlak olub
18:08 / 19-04-2024
Eminemin qızı bikinidə görüntülənib
18:06 / 19-04-2024
Yaponiya süni intellektin inkişafına 475 milyon dollar ayırıb
17:57 / 19-04-2024
9 milyon manatlıq mənimsəmə... - Şirkət rəhbərinə 11 il həbs cəzası verilib
17:33 / 19-04-2024
Ağ ev Afrikada müttəfiqini itirə bilər
17:30 / 19-04-2024
İranda silsilə partlayışlar baş verib
17:27 / 19-04-2024
İranın İsrailə hücumunun əsl səbəbi bəlli olub
17:18 / 19-04-2024
Mustafayevlə Qriqoryan sərhəddə görüşüb - 4 kənd Azərbaycana qaytarılır
17:09 / 19-04-2024
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib - Fotolar
17:00 / 19-04-2024
Prezident Cinayət-Prosessual Məcəlləsində dəyişikliyi təsdiqləyib
16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
16:34 / 19-04-2024
Universitetin sözçüsü vəzifədən ayrılıb
16:19 / 19-04-2024
Abel Məhərrəmov və xanımı məhkəməyə verilib
16:00 / 19-04-2024
Ədalət Məhkəməsində Azərbaycanın tələbi ilə ictimai dinləmələr keçirilib
15:47 / 19-04-2024
Tovuzda 22 yaşlı oğlan 34 yaşlı qadının üzərinə benzin tökərək yandırıb
15:36 / 19-04-2024
G7 ölkələri Azərbaycan və Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
15:29 / 19-04-2024
Ceyhun Bayramov Fələstinin baş naziri ilə telefonda müzakirə aparıb
15:24 / 19-04-2024
Rəsmi Berlindən İsrail və İrana çağırış olub
15:11 / 19-04-2024
Türkiyə XİN: "İran-İsrail gərginliyi daimi münaqişəyə çevrilə bilər"
14:54 / 19-04-2024
Sabiq rektora hansı cəza veriləcək? - Prorektorun qətl işi
14:22 / 19-04-2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
20:08 / 15-04-2024
Rusiya Ukrayna ilə savaşa özgələri göndərir
18:51 / 15-04-2024
“Şəhid Əhməd – Oğluma məktub” filminin təqdimatı keçirilib - Fotolar
13:58 / 16-04-2024
Agentlik sədri vəzifədən azad edilib - Yeni təyinat
15:07 / 17-04-2024
Hikmət Hacıyev: “Sülhməramlıların Azərbaycandan çıxarılması barədə qərar qəbul edilib”
10:57 / 18-04-2024
60 milyard dollarlıq yardımın önü açılır
13:03 / 15-04-2024
Məşhur aktyor kinodan qovulub
10:00 / 15-04-2024
Çingiz Abdullayev sabah xəstəxanadan evə buraxılacaq
15:08 / 15-04-2024
Ali məktəblərə qəbul başlayıb
09:26 / 16-04-2024
Ulduz aktrisanın psixoloji problemi yaranıb - Fotolar
23:48 / 16-04-2024
Tbilisidə polis qanuna etiraz edən 11 nəfəri saxlayıb
12:27 / 15-04-2024
Tokayev və Paşinyan İrəvanda nəyi müzakirə edəcəklər?
23:14 / 16-04-2024
Ceyhun Bayramov Aİ-nin xüsusi nümayəndəsini qəbul edib
BNA sərnişin avtobusları üçün zolaqların təşkili ilə bağlı təklif hazırlayıb
Tarix: 09-08-2020 09:53 | Bölmə: Cəmiyyət
Pandemiya zamanı hökumətin diqqətdə saxladığı əsas məsələlərdən biri də Bakı şəhərində əhalinin, xüsusi ilə həyati vacib sahədə çalışanların zəruri ictimai nəqliyyat xidmətləri ilə təmin olunmasıdır.
Bakı Nəqliyyat Agentliyinin (BNA) məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə uyğun olaraq BNA bu istiqamətdə çevik və analitik təhlilə əsaslanan tədbirlər həyata keçirməkdədir.
BNA nəzərə çatdırır ki, pandemiyanın ilk günündən sərnişinlərin sağlamlığının qorunması məqsədi ilə əksepidemik tədbirlərin dövrülüyü artırılıb. İstismarda olan bütün avtobuslar (1600-1800) və 3000-dən çox taksi minik avtomobili gündəlik dezinfeksiya olunur. 2000-dək avtobusda antiseptik məhlul yerləşdirilib. 1425 avtobus və 3000-dən çox taksi minik avtomobilində şəffaf arakəsmə quraşdırılıb. Dezinfeksiya tədbirləri istifadədə olan parkinq əraziləri, nəqliyyat mübadilə mərkəzləri və avtobus dayanacaqlarında da icra olunur. Sürücülərin, dispetçerlərin və digər personalın sağlamlığının qorunması üçün də müvafiq tədbirlər görülüb. Nəticədə sürücülər arasında infeksiyaya kütləvi yoluxma halı qeydə alınmayıb ki, bu da sərnişindaşımaların təşkili baxımından olduqca vacibdir.
Gündəlik sərnişindaşımalarla yanaşı TƏBİB-in müraciəti əsasında tibbi personalın və digər şəxslərin karantin zonaları və xəstəxanalara daşınması üçün regionlar üzrə 473, Bakı şəhəri üzrə isə 372 avtobus cəlb olunub. Metronun fəaliyyətinin məhdudlaşdırılması, daha sonra isə dayandırılması ilə sərnişindaşımaları yalnız avtobuslar vasitəsi ilə həyata keçirilir. Adi rejimdə gündəlik metro istifadəçisi olan yarım milyona yaxın sərnişinin tələbatını qarşılamaq üçün 24 mart tarixindən 7 ekspres avtobus xətti istifadəyə verilib. Ümumilikdə 160 marşrut xətti üzrə 1900-dən artıq avtobus cəlb edilib. 24 mart - 6 avqust tarixlərində 7 ekspres xətt üzrə ümumilikdə 2.795.613 sərnişin daşınıb. Martın 1-dən avqustun 6-dək olan tarixlərdə isə ümumilikdə avtobuslarla daşınan sərnişin sayı 137.292.769 olub.
Sonuncu sərt karantin rejiminin yumşaldılması sərnişin tələbatının kəskin artmasına səbəb olub. Gündəlik sərnişin axınında 17-25 faiz artım müşahidə olunur. Artan təlabatın qarşılanması üçün bütün daşıyıcılar üzrə mövcud avtobus deposu tam gücü ilə daşımalara cəlb olunub. Adi yay rejimi ilə müqayisədə hazırda xətlərə 45 faiz əlavə avtobus çıxarılır. Əlavə olaraq 10 avqust tarixindən mərhələ ilə 80-ə yaxın avtobus cəlb olunmaqla 5 əlavə ekspres xətt də istifadəyə veriləcək. Bu xətlərdən 3-ü ətraf qəsəbələrə işləyəcək. Bunun sayəsində gün ərzində Mərdəkan, Maştağa, Bilgəh və Nardaran bağları istiqamətində təxminən 36000 - 40000 nəfər sərnişin şəhər mərkəzinə rahat gediş-gəliş imkanı əldə edəcək.
BNA qeyd olunanlarla yanaşı artan sərnişin və nəqliyyat axınının idarə olunması məqsədi ilə yollarda hərəkətin tənzimlənməsi üçün də zəruri addımlar atır: “Bu çərçivədə nəqliyyat yükü çox olan 130 küçə və prospektdə işıqforlara verilən yaşıl dalğa əmrinin tətbiqi artırılıb. Ən çox sərnişin tələbatı olan dayanacaq məntəqələrinə nəzarət gücləndirilib. Həmin istiqamətlərdə avtobusların hərəkətinə maneə yaradan halların aradan qaldırılması üçün operativ tədbirlər görülür. Marşrut xətlərinin fəaliyyətinə, maskadan istifadəyə nəzarət məqsədi ilə BNA əməkdaşları ilə yanaşı 100-dən çox könüllü ödənişli ictimai işlərə cəlb olunub".
Qeyd edilib ki, Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə pilləli iş saatının tətbiqinə başlanılıb. Məqsəd pik saatlarda avtobuslarda sərnişinlərin sayını azaltmağa nail olmaqdır: "Bu sistem eyni zamanda yollarda nəqliyyat axınının da azalmasına imkan verir. Aparılan təhlillər əsasında pilləli iş saatlarının tətbiqindən əvvəl və sonra müvafiq vaxt aralığında müntəzəm və ekspres marşrutlar ilə edilən səfərlərin orta sayında cəmi 2.8 faiz fərq olduğu müəyyən edilib. Bu da onu deməyə əsas verir ki, pilləli iş saatına tam riayət olunmur və bu səbəbdən istənilən nəticəni əldə etmək mümkün olmayıb.
BNA bildirir ki, son yumşaldılmadan sonra yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyi əhəmiyyətli dərəcədə çoxalıb: “Bu da öz növbəsində pik saatlarda sıxlığın yaranmasına səbəb olur. Eyni zamanda son günlər yollarda qəza hallarının artması da müşahidə olunur. Təkcə 7 avqust tarixində Z. Bünyadov prospektində 5 yol nəqliyyat hadisəsi baş verib. Hər bir qəza səbəbindən prospektdə 2 km-dək uzanan sıxlıq müşahidə olunub. Bu isə həmin hissədən keçən 5 müntəzəm və 1 ekspres xətt üzrə avtobusların intervalının pozulmasına gətirib çıxarır. Nəticədə dayanacaq məntəqələrində və avtobuslarda əlavə sıxlıqlar yaranır. Məhz bu cür xoşəgəlməz hallarla rastlaşmamaq üçün sərnişin avtobuslarının təhlükəsiz və fasiləsiz hərəkətinə imkan verən ayrıca zolaqların olmasının vacibliyini qeyd edirik. Mövcud pandemiya zamanı bu zolaqların mövcudluğu avtobuslararası intervalın tənzimlənməsi baxımından olduqca əhəmiyyətlidir. Tərəfimizdən ilkin mərhələdə 22 küçə və prospektdə bu cür zolaqların təşkili ilə bağlı təklif hazırlanaraq müvafiq qurumlara təqdim olunub”.
BNA bütün hərəkət iştirakçılarından bir-birinə qarşı anlayışlı olmalarını, yol hərəkəti və karantin qaydalarına əməl etmələrini xahiş edir: “Sərnişinlərə zərurət olmadığı halda səhər və axşam pik saatlarında avtobuslardan istifadə etməməyi tövsiyə edirik. Fərdi avtomobil sürücülərini hərəkətdə olan zaman sərnişin avtobuslarına qarşı son dərəcə anlayışlı olmağa çağırırıq. Unutmayaq ki, sərnişin avtobusunun əhəmiyyəti onun içindəki dəyərli vətəndaşlarımız və sərnişinlərimizdir”.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Dünən, 16:34
Universitetin sözçüsü vəzifədən ayrılıb
Dünən, 12:30
Sabah hava necə olacaq? - Proqnoz
18-04-2024, 18:49
Narkokuryer Hacıqabulda 12 kq narkotiklə saxlanılıb
18-04-2024, 18:03
Bakıda qətl: Elvin Əsədovun cinayət işi məhkəməyə göndərilib
18-04-2024, 17:36
Hacıqabulda qatar qadını vurub
18-04-2024, 16:01
Bakıda iki nəfər dəm qazından ölüb
18-04-2024, 15:29
Zəngilanda silah-sursat aşkarlanıb
18-04-2024, 12:48
Müəllimlərin sertifikatlaşdırılması başlayır
18-04-2024, 12:46
400-ə yaxın müəllim öz ərizəsi ilə işdən azad edilib
18-04-2024, 12:19
Sabah hava necə olacaq? - Proqnoz
18-04-2024, 11:17
Komitə sədri: "Bədxassəli şişlərin əmələ gəlməsində trans yağlar əsas rol oynayır"
18-04-2024, 10:40
Abşeronda 16 min manatlıq pul və zinət əşyaları oğurlanıb
18-04-2024, 10:21
Bakıda azyaşlı qıza hədə-qorxu gələn iki nəfər saxlanılıb
17-04-2024, 23:23
Gəlin öz toyunda dünyasını dəyişib
17-04-2024, 21:23
Vəhşi təbiətlə bağlı yeni şəkillər nümayiş olunub - Fotolar
17-04-2024, 21:00
9 milyon manatlıq mənimsəmə… - Məhkəmə prosesi yekunlaşır
17-04-2024, 18:00
Xalq yazıçısı xəstəxanadan evə buraxılıb
17-04-2024, 16:57
Əfv Məsələləri Komissiyası daha 100-dən çox müraciətə baxıb
17-04-2024, 16:48
İran vətəndaşının narkokuryerliyə cəlb etdiyi dəstə üzvü saxlanılıb
17-04-2024, 12:53
Bölgələrdə lisey və gimnaziyaların sayı artırılacaq
17-04-2024, 12:27
Sabah 28 dərəcə isti olacaq - Proqnoz
17-04-2024, 11:18
Bakıda avtomobillərin nömrələrini və kartlardan oğurlayanlar saxlanılıb
17-04-2024, 10:09
Teleaparıcı Aytən Səfərova yol qəzasına düşüb, ölən var - Yenilənib
17-04-2024, 09:30
Keçmiş məmur icra hakimiyyətini məhkəməyə verib
16-04-2024, 21:44
Leyla Əliyevanın iştirakı ilə ağacəkmə aksiyası keçirilib - Fotolar
16-04-2024, 17:50
Sabiq nazir məhkəmədə: "2300 maaşım idi, ayda 15 min paket alırdım"
16-04-2024, 16:29
DİN müsadirə edilmiş narkotik vasitələri məhv edib - Video
16-04-2024, 15:36
Xətai rayonunda evdən meyit tapılıb
16-04-2024, 15:23
Masazırda narkoanbar kimi istifadə olunan ev aşkarlanıb - Fotolar
16-04-2024, 15:03
Baş redaktor və müxbir həbs edilib
16-04-2024, 14:36
Xəzər dənizində süni torpaq sahələri yaradılır
16-04-2024, 12:47
Axtarışda olan şəxsləri Rusiyadan Azərbaycana gətiriblər
16-04-2024, 12:40
Sabahın hava proqnozu açıqlanıb
16-04-2024, 12:10
Elm və Təhsil Nazirliyində “nüfuz savaşı” böyüyür
16-04-2024, 10:34
Abşeronda 85 min manatlıq qızıl oğurlanıb
16-04-2024, 09:34
Dekan və yüksək vəzifəli şəxsin adının hallandığı dəhşətli qətl: nə baş verib? - Təfərrüat
16-04-2024, 08:53
Bakıda yol qəzaları: son üç ayda 33 nəfər həyatını itirib
16-04-2024, 08:03
Doktorantura səviyyəsi üzrə sənəd qəbulu başlayıb
16-04-2024, 08:02
Naftalanda əməliyyat: saxlanılanlar var - Fotolar
15-04-2024, 16:20
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başlayır
15-04-2024, 15:50
Qarabağ zonasında daha 476,7 hektar ərazi minalardan təmizlənib
15-04-2024, 14:42
BQXK Azərbaycanda saxlanılan Qarabağ separatçılarına baş çəkib