11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
İran Rusiyanın COVID-19 peyvəndini yararsız saydı: "Sınağı düzgün tamamlanmayıb”
Tarix: 13-08-2020 15:20 | Bölmə: Cəmiyyət
İran Rusiyanın COVID-19 peyvəndini yararsız saydı: "Sınağı düzgün tamamlanmayıb”

Dünyada ilk dəfə olaraq Rusiyada qeydiyyatdan keçən COVID-19 peyvəndinin insan üzərində sınağı düzgün tamamlanmayıb.

Bu barədə İranın Koronavirusla Mübarizə Qərargahının elmi komitəsinin sədri Mustafa Qanei bildirib.

Onun sözlərinə görə, bu peyvənd dünyaya, o cümlədən İrana ixrac olunacaq səviyyədə deyil.

Komitə sədri deyib ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu peyvəndi təsdiq etməsə, peyvənd ölkəyə gətirilməyəcək.

“ÜST bu peyvəndin insan üzərində sınağı üçün bir sıra icazələr verib, lakin bu peyvəndin hazırlanması bir neçə il çəkir. Hər bir ölkə peyvəndi digər ölkələrə ixrac etmək üçün ÜST-ün standartlarına cavab verəcək sənədləri təqdim etməlidir. Biz də ölkəyə peyvəndləri ÜST-ün icazəsindən sonra gətirə bilərik”, - deyə M. Qanei vurğulayıb/APA.

Qeyd edək ki, avqustun 11-də Rusiyada dünyada ilk dəfə olaraq COVID-19 infeksiyasına qarşı peyvənd qeydiyyatdan keçib. "Sputnik-V" adı verilən peyvəndi Rusiyanın Hamaley adına epidemiologiya və mikrobiologiya Mərkəzi hazırlayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}