17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Şəhid hərbçimiz dəfn olunub+Yenilənib - Fotolar
Tarix: 21-09-2020 15:22 | Bölmə: Cəmiyyət
Şəhid hərbçimiz dəfn olunub+Yenilənib

Azərbaycan Ordusunun şəhid olan hərbçisi ilə vida mərasimi keçirilir.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində şəhid olan, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlunun nəşi doğulduğu Tovuz rayonunun Qazıqulu kəndinə gətirilib. Şəhidlə vida mərasimində Tovuz Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hərbçilər və rayon ictimaiyyəti iştirak edir.

Qeyd edək ki, sentyabrın 21-də saat 09:20 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində isə Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub.

Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, cəbhədə vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

****

Tovuz rayonu istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun şəhid olmuş kiçik çavuşu, 1982-ci il təvəllüdlü Elşən Əli Oğlu Məmmədov dəfn olunub.

Məlumata görə, şəhidin cənazəsi nəşi Tovuz şəhər qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin ailə üzvləri, döyüş yoldaşları, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər.(Report)






Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}