16:23 / 16-04-2024
"Tiktoker Semka" həbs olunub
Rusiyanın güc nümayişi: 80 mindən çox əsgərə hücum əmri verilib
Tarix: 23-09-2020 16:31 | Bölmə: Siyasət
Rusiyanın güc nümayişi: 80 mindən çox əsgərə hücum əmri verilib

Rusiyanın “Qafqaz-2020” təlimləri davam edir.

Rusiya Müdafiə Nazirliyi Cənub Hərbi Dairəsində başlayan təlimlərdə 80 mindən çox əsgərin iştirak etdiyini açıqlayıb.

Nazirlikdən bildiriblər ki, “Qafqaz-2020” təlimlərinə 80 min rus əsgəri ilə yanaşı Belarus, Çin, Pakistan, Ermənistan və Myanmardan təxminən 1000 əsgər qatılıb.

Təlimlərin ana manetrləri Rusiyanın Cənub Qafqaz bölgəsindəki Prudboy, Aşuluk, Kapustin poliqonlarında, həmçinin Arzgirskiy və Kopanskiy hava təlim meydanlarında baş tutacaq.

Güc nümayişində 80 min hərbçi ilə yanaşı, 60 hərbi təyyarə, 30 hərbi gəmi, 250 tank, 450 zirehli avtomobil, 200 artilleriya və raket qurğu sistemləri də iştirak edir.

Rusiya mətbuatı təlimlərin keçirildiyi bölgənin “S-400” və “S-300” hava hücumundan müdafiə sistemləri ilə qorunduğunu qeyd edir.

Sentyabrın 26-na qədər davam edəcək təlimləri Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı idarə edir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}